Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

“Uğur sadəcə başlanğıcdır” Gələcəyin alimi ilə MÜSAHİBƏ

“Uğur sadəcə başlanğıcdır” Gələcəyin alimi ilə MÜSAHİBƏ

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Vaxtaşırı istedadlı gənclərin, uğur qazanmış tələbə və şagirdlərin nəticələrini, onların həyat hekayələrini paylaşmağa davam edirik.

Bu dəfə sizi istedadlı və əzmkar bir məktəbli — Mahmudzadə Cavidan Salman oğlu ilə tanış etmək istərdik. Uşaqlıqdan elmə, xüsusilə də riyaziyyata böyük maraq göstərən Cavidan artıq beynəlxalq arenalarda Azərbaycan bayrağını qürurla dalğalandırmaqdadır. O, uğurlarının sirrini zəhmətdə, məqsədli çalışmaqda və heç vaxt ruhdan düşməməkdə görür. Bu müsahibədə biz onun həyat yolu, olimpiadalara hazırlıq prosesi, gələcək planları və tövsiyələri haqqında daha ətraflı məlumat alacağıq.

- Cavidan səni yaxından tanıyaq.

- Mən Mahmudzadə Cavidan Salman oğlu 2010-cu ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə 125 saylı bağçaya, 2017-ci ildə isə A.Hüseynzadə adına 20 saylı məktəb-liseyə qəbul olunmuşam. Məktəbə başladığım ilk gündən dərslərə böyük maraq göstərmişəm. Riyaziyyata xüsusi həvəsim olub və bu sahədə daim inkişaf etməyə çalışmışam. Məktəb daxilində və kənarda keçirilən sınaq və yarışlarda iştirak edərək uğurlar qazanmışam. Hazırda beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edirəm və bu sahədə fəaliyyətimi davam etdirirəm.

- Həyatında beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz?

- Beynəlxalq olimpiadalar mənim üçün yalnız yarış deyil, həm də özümü sınamaq, inkişaf etdirmək və ölkəmi təmsil etmək üçün böyük fürsətdir. Bu yarışlar mənə daha planlı və məqsədli çalışmağı öyrədib, dünya səviyyəsində rəqabət aparmaq bacarığı qazandırıb. Uğurlarım özümə olan inamımı artırıb və daha yüksək hədəflərə yönəlməyimə səbəb olub.

- Olimpiadaya hazırlıq zamanı nələrə diqqət edirdin?

- Hazırlıq zamanı əsasən planlı çalışmağa, vaxtımı düzgün bölməyə və mövzuya dərindən yiyələnməyə diqqət edirdim. Eyni zamanda, fiziki və zehni sağlamlığımı qoruyur, istirahətə və idmana da vaxt ayırırdım. Özümə inam və motivasiya mənim üçün əsas aparıcı amillərdən biri olub.

- Bu uğurlarınla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən sənə dəstək gəldimi?

- Bəzi hallarda uğurlarım məktəb və rayon səviyyəsində qiymətləndirilib. Düşünürəm ki, beynəlxalq səviyyədə olan uğurlarımın daha geniş şəkildə dəstəklənməsi və tanınması mənə gələcəkdə daha böyük motivasiya verə bilər.

- Müxtəlif ölkələrin təmsilçiləri və təhsil sistemlərinin mübarizəsində bəyəndiyin hansı sistem var ki, onun ölkəmizdə tətbiqini istərdin?

- Bəzi ölkələrdə – xüsusilə Sinqapur və Cənubi Koreyada riyaziyyatın tədrisinə çox ciddi yanaşılır. Şagirdlərin düşünmə qabiliyyətini inkişaf etdirən, yaradıcı və məntiqi yanaşmalar tədris prosesinə daxil edilir. Belə bir sistemin ölkəmizdə də tətbiqi şagirdlərin analitik düşünmə bacarığını artırar və beynəlxalq uğurların sayını çoxaldar.

- Olimpiada qalibi kimi uğurlarının sirrini necə izah edərdin?

- Uğurlarımın sirri əzm, planlı çalışma, məqsəd qoymaq və özümə inamdır. Hər zaman inanıram ki, istəsəm, çalışsam, bacararam. Məğlubiyyətlər mənə dərs olur və məni daha güclü edir. Hər uğur zəhmətin nəticəsi kimi mənə xüsusi zövq verir.

- Uğurlarında müəllimlərinin rolunu necə qiymətləndirərdin?

- Müəllimlərimin üzərimdə böyük əməyi olub. Onların verdiyi dəstək, əlavə dərslər və motivasiya mənim uğurlarıma mühüm təsir göstərib. Onlar yalnız bilik verməyib, eyni zamanda, mənə özümə inanmağı da öyrədiblər.

- Səncə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır, şagirdlərə hər hansı tövsiyələrin varmı? Bu sahədə təcrübə və biliklərini bölüşməyin maraqlı olardı.

- Məncə, olimpiadalara hazırlıq üçün ən ideal yaş ibtidai siniflərdir. Bu yaşda təməl biliklər formalaşır və düşüncə çevik olur. Şagirdlərə tövsiyəm odur ki, vaxtlarını düzgün bölsünlər, maraq duyduqları sahəni dərindən öyrənsinlər və heç vaxt ruhdan düşməsinlər. Öz təcrübəmi dostlarımla və kiçik sinif şagirdləri ilə bölüşməyə çalışıram.

- Gələcək planların barədə nə deyə bilərsən? Gələcəkdə özünü harada görürsən?

- Gələcəkdə elm və texnologiya sahəsində uğur qazanmaq, beynəlxalq səviyyədə tanınan alim və ya mühəndis olmaq istəyirəm. Hədəfim yalnız fərdi uğurlar deyil, həm də ölkəmin elmi inkişafına töhfə verməkdir. Özümü gələcəkdə dünya səviyyəsində tanınmış bir innovator və elm adamı kimi görürəm.

- Bir şagirdin beynəlxalq uğur qazanmaq üçün ən vacib xüsusiyyət nədir?

- Ən vacib xüsusiyyət əzm və davamlı çalışmaqdır. Heç vaxt "bacarmaram” deməmək və məqsədindən dönməmək lazımdır. Özünə inanan və zəhmət çəkən hər kəs uğur qazana bilər. Məğlubiyyətlər də bu yolun bir hissəsidir və insanı daha da möhkəmləndirir.

Söhbətləşdi: Elşən Yəhyayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri