Icma.az
close
up
RU
Uğurlu gələcək naminə

Uğurlu gələcək naminə

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

33 il öncə müstəqil Azərbaycanın siyasi həyatında yeni səhifə açıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdı.

Təbii ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. 32 il bundan öncə ölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqın istəyi oldu.
Yeni Azərbaycan Partiyasının yaranması doğrudan da tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər.
Məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.
Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən “91-lər”in müraciəti Azərbaycanın həyatında mühüm dönüş nöqtəsi oldu. Onların “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin həmin dövr üçün reallıqlarının təqdimatı və bundan çıxış yolu olaraq yeni partiyanın yaradılması, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsi zərurətinin təqdimatı idi.
Həmin müraciətdə belə bir əminlik ifadə edildi ki, Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Heydər Əliyev ola bilər. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə layiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini Heydər Əliyev kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir necə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.
Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə cavabında belə bir partiyanın yaradılmasına razılıq verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi.
Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində müraciətdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Faktiki olaraq 1992-ci ilin noyabr ayı, Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra bir il keçmədi 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.
Yeni Azərbaycan Partiyasının 33 ildə keçdiyi çətin və şərəfli yol Ümummilli Lider Heydər Əliyevin partiyanın yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində səsləndirdiyi fikirləri bu gün bir daha xatırlamağa çağırış edir:
“Bilirsiniz, bizim partiyanın əsası ona görə möhkəmdir, ona görə güclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq”. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası daim irəli baxır, zamanı qabaqlayır, yeni-yeni hədəfləri reallığa çevirməklə cəmiyyətdə nüfuzunu artırır. 32 illik çətin və şərəfli yolda qazanılan zəngin təcrübə həm ölkəmizə, həm də Yeni Azərbaycan Partiyasına bundan sonra daha möhtəşəm uğurlar, zəfərlər qazandıracaq”.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 33 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi.
Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərində qalan qətnamələri icra olundu. Bütün dünya Azərbaycanda dövlət-xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini gördü. Qarabağımızın ürəyi, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Azərbaycanın gücünün, qüdrətinin, eləcə də haqqın və ədalətin təntənəsi idi. Bu günlərdə tarixi qələbəmizin birinci ildönümünü böyük sevinc hissi ilə qeyd etdik.
Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib.

Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see436

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see414

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see361

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see263

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see249

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see211

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see201

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see189

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see176

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see175

Qlobal atmosfer qazanı qaynayır Azərbaycana yeni hava zərbəsi gəlir

11 İyul 2026 15:27see162

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see162

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see162

Bir neçə saatdan günlərə qədər... Hollivud tarixinin ən qısa evlilikləri

11 İyul 2026 16:22see159

FİFA ingilis referilərə Argentina oyunlarında hakimlik etməyi qadağan edib

11 İyul 2026 05:13see159

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see158

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see157

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see157

Azərbaycançılığın təbliği Lerikdə davam etdi

11 İyul 2026 18:20see156

DÇ 2026: İngiltərə Norveçə, Argentina İsveçrəyə qarşı

11 İyul 2026 14:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri