Icma.az
close
up
RU
Uğurlu gələcək adlı fərdi yaradıcılıq sərgisi

Uğurlu gələcək adlı fərdi yaradıcılıq sərgisi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

333 nömrəli məktəbin 9c sinif şagirdi Günal Məcidsoy və şəhid kapitan Tural Zeynalovun adını daşıyan 54 nömrəli məktəbin 8a sinif şagirdi Talıblı Vüsalın əsərlərindən ibarət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Uğurlu Gələcək" adlı  fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Sərgidə fəxri qonaq olaraq Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, AEİZM Brendinin rəhbəri Aygün Kamilqızı iştirak ediblər.

333 saylı  məktəbin direktoru Rəqsanə Haqverdiyeva və müəllim kollektivi  qonaqları yüksək səviyyədə qarşılayıb sərginin gənclərin həyatında  əhəmiyyətindən danışıblar.

Çıxışlarda qeyd olunub ki, bu sərgi sadəcə rəsm əsərlərinin nümayişi deyil, həm də gənc istedadların öz dünyalarını, duyğularını və düşüncələrini digər insanlarla bölüşməsi üçün bir meydandır.

Sonra, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında 333 nömrəli məktəbin şagirdlərinin uğurlu addım atmaqlarında məktəbin direktor və müəllim kollektivinin komanda şəklində uğurlu fəaliyyətinin nəticəsi olduğunu və bugünkü sərginin də bunun  bariz nümunəsi olduğunu bildirib.  Günal Məscidsoyun və Vüsal Talıblının əsərlərində Ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə portretləri,  vətənpərvərlik ruhunda müxtəlif janrlarda əsərləri təqdirə layiq olduğunu vurğulayıb və sərgilərinin davamlı olmasını arzulayıb.

Sərgidə iştirak edən Günal Məcidsoyun valideynləri – atası, Qarabağ qazisi Kərəm Məcidov və anası Sevinc Məcidova, eləcə də Talıblı Vüsalın valideynləri – atası Adil Talıbov və anası Pərvin Talıbova övladlarının uğurlarına şahidlik edərək qürur hissi keçiriblər. Bu qürur təkcə onların deyil, bütün xalqımızın qürurudur. Çünki gənclərimizin sənətə olan marağı, yaradıcılıq bacarığı və milli dəyərlərə bağlılığı gələcəyimizin parlaq göstəricisidir.

Sonda gənc rəssamların şərəfinə  tort kəsilib, çay süfrəsi təşkil olunub.
Hər iki gənc rəssama diplom təqdim olunub və

Xatirə fotoları çəkilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyun 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri