Icma.az
close
up
RU
Uğurlu inkişaf modeli: regionlarda reallaşdırılan sosial iqtisadi layihələr TƏHLİL

Uğurlu inkişaf modeli: regionlarda reallaşdırılan sosial iqtisadi layihələr TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

İqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayan Azərbaycan yeni qlobal reallıqlar fonunda özünün inkişaf mərhələsindədir. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın hər bölgəsinə səfəri ölkəmizin sosial-iqtisadi inkişafına böyük təkandır. Yeni müəsissələrin açılışı, təməlqoyma mərasimləri, yol infrastrukturunun müasirləşməsi və s. ölkəmizin uğurlu inkişafına söykənən amillərdir. Paytaxtla yanaşı, regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır.

MAGİSTRAL AVTOMOBİL YOLU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 23-də Yevlax şəhərinə səfəri buranın sosial-iqtisadi inkişafında əlamətdar hadisələrlə yadda qalıb. Təbii ki, Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, firavan həyatın təminatına yönəlib. Dövlət başçısının Yevlaxa səfəri regionların inkişafına növbəti töhfədir. Bu gün ölkəmizin regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, müasir yollar çəkilir, sosial obyektlər inşa edilir. Bu, onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır.

Dövlət başçısı səfəri çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub. Magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir. Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.

Zəngin potensiala malik olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan müvəffəqiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. "Azərbaycanda ən müasir yol infrastrukturu yaradılacaq", - deyən dövlət başçısı tərəfindən bu sahəyə ayrılan diqqət nəticəsində respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektləri və geniş şəbəkəli nəqliyyat sistemi yaradılıb. Hazırda isə dinamik templə həyata keçirilən qlobal layihələr və Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı ölkədə etibarlı və dünya standartlarına cavab verən nəqliyyat sistemini təmin edib. Bu gün respublikada nəqliyyat-yol kompleksinin inkişafı istiqamətində görülən işlər, o cümlədən, magistral avtomobil yollarının bərpası, ən ucqar kəndlərə yolların çəkilməsi və s. istiqamətində reallaşan layihələr dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

Bu sahəyə ayrılan diqqətin nəticəsidir ki, müasir yol infrastrukturu ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, eləcə də xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verir.

YEVLAX OLİMPİYA İDMAN KOMPLEKSİ

Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda uğurlu nəticələr qazanır və Vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları da bir daha bunu sübut etdi ki, Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı vardır, hər bir şərait yaradılmışdır. Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu kompleks tədbirlərə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi daxildir. Respublikamızın şəhər və rayonlarında onlarla Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, eləcə də beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də ən çox üz tutduğu məkanlardandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub. Bu kompleks Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramm"ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq. Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.

70 MİN SAKİNİN İÇMƏLİ SU TƏCHİZATINA HESABLANMIŞ LAYİHƏ

Son illərdə ölkə üzrə əhalinin təmiz içməli suya təlabatının təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bu müddət ərzində Bakıda Mərkəzi Laboratoriya və 9 regional laboratoriya yaradılıb. Görülmüş işlər nəticəsində ölkədə içməli su təchizatı üzrə itkilər son 20 ildə 62 faizdən 40 faizə qədər azaldılıb. 8,1 min kilometr tullantı və yağış su xətləri inşa edilib. Şəhər, rayon və qəsəbələr üzrə ümumi məhsuldarlığı sutkada 250 min kubmetr olan 28 ədəd tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bakı və Abşeron yarımadası üzrə isə 5 ədəd bu cür qurğu istismara verilib. Bundan başqa, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də tikilib. Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərin ilkin su mənbələri subartezian quyuları və Kür çayı olmuşdur. Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatı ödəmirdi. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27 kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmir edilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayından nasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərə verilirdi. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən tələbatı ödəmirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib. Bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihəyə uyğun olaraq ötən dövr ərzində şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi işləri həyata keçirilib. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib. Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesinin aparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb. Həmçinin uzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4 min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb.

BÖLGƏDƏ İXTİSASLI KADR HAZIRLIĞININ TƏMİNİNƏ TÖHFƏ

Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisi istehsal edən 45 stansiya tikilib. Təkcə işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının sayı 38, gücü isə 307 meqavatdır. Ümumilikdə son illərdə görülən işlər nəticəsində hər kilovat-saata görə sərf edilən şərti yanacaq 284 qramdan 252 qrama düşüb, 2,8 milyard kubmetr təbii qaza qənaət edilib, 1 milyon ton karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınıb. Qeyd edək ki, son beş ildə "AzərEnerji" ASC tərəfindən ümumilikdə 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2.500 kilometr uzunluğunda yüksək gərginlikli elektrik verilişi xətti çəkilib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də "Yevlax" qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib. "Yevlax" qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindən tələbatı ödəmirdi. Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub. Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən "Varvara" Su Elektrik Stansiyasında istehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Yarımstansiyanın ərazisində bütün zəruri avadanlıq, qurğu və simulyatorlarla təmin edilən üçmərtəbəli Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi yaradılıb. Mərkəzdə 12 fərqli istiqamət üzrə mühəndis hazırlığı və ixtisasartırma kursları təşkil olunacaq. Bu da bölgədə ixtisaslı kadr hazırlığını təmin etməklə məşğulluğun artırılmasına töhfə verəcək.

Tədris prosesinin əyani keçirilməsi, bilik və bacarıqların daha yaxşı mənimsənilməsi üçün yarımstansiyanın həyətyanı sahəsində transformatorlar, müasir kommutasiya qurğuları, hava və kabel xətlərinin komponentləri ilə tam təchiz edilmiş tədris simulyatoru yaradılıb.

YENİ NƏSİL RƏQƏMSAL AVADANLIQ KOMPLEKSLƏRİNİN İŞLƏNİB HAZIRLANMASININ TƏMİNİ

Yevlaxda "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışı da önəmli hadisələrdən biridir. İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək. Burada 35/10 kV-luq hər birinin gücü 6,3 MVA olan iki güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün "Yevlax" yarımstansiyasından 14 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. "Dəliməmmədli", "Kürəkçay", "Ağdaş", "Ağsu", "Tərtər" və "Dəmir Beton Məmulatları" yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub. Bununla da vahid mərkəzdən operativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimi izlənməsi və idarə olunması təmin edilib. Mərkəz elektrik şəbəkələrinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həlli üçün layihələndirilib. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.

ÖLKƏDƏ 9 SƏNAYE PARKI VƏ 4 SƏNAYE MƏHƏLLƏSİ FƏALİYYƏT GÖSTƏRİR

Regionların tarazlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir. Elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan bu cür müasir infrastruktur aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsul istehsalında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

Xatırladaq ki, hazırda ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında ümumilikdə 16 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun 5 milyard manatdan çox hissəsi ixrac edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Yevlax pilot aqroparkının açılışı da həyata keçirilən layihələr sırasındadır. Ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər.

Səmərəliliyin artırılması üçün aqroparkda "ağıllı" idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur. Görülən işlərin davamı olaraq sənaye zonasında logistik mərkəz, emal müəssisələri, eləcə də heyvandarlıq kompleksi və məhsulların topdansatış bazarı da yaradılacaq.

GORANBOYDA REALLAŞDIRILAN SOSİAL LAYİHƏLƏR

Davamlı iqtisadi inkişaf mərhələsində olan Goranboyda reallaşdırılan sosial layihələr əhalinin rahatlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda "Konstralab Industries" QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.

Əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see177

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see158

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see144

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see137

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see132

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see130

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see126

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see122

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see119

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see117

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

XİN rəsmisi: Su üzrə Bakı Dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilir

21 İyun 2025 21:33see114

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri