Icma.az
close
up
RU
Sağlam tənqidə dözümsüzlük, yaxud “uğursuz dövlət!” sindromu...

Sağlam tənqidə dözümsüzlük, yaxud “uğursuz dövlət!” sindromu...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bu gün Fransanın özünün böyük tarixi ənənələrindən geri döndüyü heç kəsdə şübhə doğurmur. Ölkənin reallıqları kədərlidir. Bu, həm bütün dünyada, həm də elə Fransanın özündə etiraf olunur. Prezident İlham Əliyev bu günlərdə “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəsində Fransanın düşdüyü acınacaqlı durumun Makronun həyata keçirdiyi səriştəsiz siyasətlə bağlı olduğuna diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”, - deyə vurğulayıb.

Xanım səfir nədən məyusdur?

Fransanın ölkəmizdəki səfiri Ann Buayon “uğursuz” ifadəsindən bərk məyus olub. Səfirin “X” sosial şəbəkə hesabında paylaşımı elə Makroun siyasəti qədər uğursuzdur. Yelisey Sarayı dünyada Fransanın demokratik imicini formalaşdırmaq üçün dəridən-qabıqdan çıxır. Makronun özü və komandasında təmsil olunanlar sanki yeri gəldi-gəlmədi “demokratiya” sözünü cümlələrinin əvvəlinə və axırına calamağı özlərinə borc bilirlər. Ancaq axı demokratiya sözdə ifadə olunmur, bu özünü ölkənin reallıqlarında, siyasi komandanın yanaşmalarında və davranışlarında təzahür etməlidir. Ancaq söhbət Makronun prezidentliyi dönəmindən gedirsə, Fransa demokratiyası barədə ancaq keçmiş zamanda daışmaq lazım gəlir. Xanım səfirin bu əlüstü paylaşımı  Yelisey Sarayının tənqidə son dərəcə dözümsüz olduğunu bir daha təsdiqləyir.

“Xanım səfir Ann Buayon, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfiri Ann Buayona cavabında bildirib.

“Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi, görünür ki, yeni üsuldur. Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir.

Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir.

Real göstəricisi isə əslində budur: Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)”, - deyə XİN rəsmisi qeyd edib.

Fransa səfirinin uğursuz paylaşımına daha bir münasibət Qərbi Azərbaycan İcmasından (QAİ) gəlib.Bəyanatda bildirilib ki, son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri “söz azadlığı”, “fikir müxtəlifliyi”nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq. Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı “dahiyanə” tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti həmkarında olduğu kimi, çox uğursuz alınmışdır. Bəyanatda, həmçinin deyilir: “Üstəlik, səfirin açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Cozef Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır. Bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir”.

Uğursuz dövlətin natamam hökuməti

Səfir uğursuz bir gedişlə ölkəsinin uğurlu dövlət olduğunu isbat etməyə çalışır. Ancaq xanım səfirə xatırlatma etmək istərdik ki, hansısa bir dövlətin uğurlu olub-olmadığını sosial şəbəkə hesabında tvit paylaşmaqla deyil, ölkənin reallıqlarına istinad etməklə isbatlamaq mümkündür. Səfirə sual edirik: Bu gün Fransa nə ilə öyünə bilər? Zənnimizcə, he? nə ilə. Ölkə, necə deyərlər, xarici borc içində üzür. Büdcə kəsiri hədsiz dərəcədə artıb. İş o yerə çatıb ki, Yelisey Sarayı növbəti ilə keçid və yaxud müvəqqəti büdcə ilə gedir. Makron iqtidarı vergi yükünü artırmağı, sosial təminat xərclərini ixtisar eməyi büdcə kəsirini azaltmağın ən asan yolu sayır. Bu və digər səbəblərə görə də ölkə ciddi sosial narazılıq dalğası ilə üz-üzədir. Ölkəni bürüyən “peyin inqilabı”  Fransa tarixində məhz Makron dönəminin yadigarı kimi qalacaq.

Xanım səfirə Fransadakı dünyaya səs salan hökumət böhranını da xatırlatmaq yerinə düşər. Üç ay bundan əvvəl Makron demokratiyaya arxa çevirdi - yeni formalaşan parlamentin tərkibini nəzərə almadan Mişel Barnyeni Baş nazir vəzifəsinə təyin etdi. Bu, ölkə qanunvericiliyinə zidd olan bir gediş idi. Hayla gələn, vayla gedər. Barnye hökuməti ölkəni bürüyən xaos, tənəzzül qarşısında duruş tətirə bilmədi və ona etimadsızlıq göstərildi.

Məcburiyyət qarşısında qalan Makron  mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri 73 yaşlı Fransua Bayrunu Fransanın yeni Baş naziri təyin edib. Ancaq yeni Baş nazirin də ölkəni uğursuzluq zolağından çıxaracağına inam çox azdır. Fransanın Sosial Sorğu və Marketinq İnstitutunun (İFOP) keçirdiyi sosial sorğunun nəticələrinə görə fransızların yalnız 36 faizi Fransua Bayrunun yeni Baş nazir təyin edilməsindən məmnundur.

Yeni Baş nazir fransızların cəmi 36%-ni məmnun edir ki, bu da onun əvvəlki 3 sələfindən xeyli aşağıdır. Hökumət başçısı təyin olunduqdan sonrakı günlərdə Mişel Barnye (52 faiz), Qabriel Attal (53 faiz), Elizabeth Borne (47 faiz) ilə bağlı daha müsbət rəy olub.

Sorğuya görə, Makron populyarlığının ən aşağı səviyyəsində qalır.

M.ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri