Icma.az
close
up
RU
Uğurun arxasında gizlənən yalnızlıq: karyera qadınlarının psixoloji yükü EKSPERT RƏYLƏRİ

Uğurun arxasında gizlənən yalnızlıq: karyera qadınlarının psixoloji yükü EKSPERT RƏYLƏRİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ailə və karyera arasında seçim şəxsi seçimdir. Həqiqətən xoşbəxt və dolğun olmaq üçün hər ikisinin də həyatımızda olması vacibdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Sədaqət Rəhimova deyib.

Onun sözlərinə görə, karyera maliyyə sabitliyi və şəxsi inkişaf potensialını təmin edir, ailə isə sosial dəstək və emosional təminatdır: "Bu gün dünyada qadınların karyera və ailə ilə bağlı müxtəlif üstünlükləri var. Bəziləri karyera yüksəlişini və maliyyə müstəqilliyini ön planda tutsa da, digərləri ailə həyatını və uşaqları böyütməyi üstün tutur. Bir çox qadın xoşbəxt bir karyeranı güclü ailə həyatı ilə birləşdirməyi qarşısına məqsəd qoyaraq ikisi arasında tarazlıq axtarır".

"Dövlətlərin verdiyi analıq məzuniyyəti, uşaq baxımı dəstəyi və gender bərabərliyi təşviqatı qadınların həm işləməsinə, həm də ailə qurmasına şərait yaradır. Önəmlidir ki, Azərbaycan cəmiyyətində son illər qadınların təhsilə və karyeraya marağı artsa da ailə prioriteti hələ də çox güclüdür. Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında duran ən mühüm vəzifələrdən biri də ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, onun problemlərinin minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılmasıdır",-deyə Rəhimova bildirib.

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı isə deyib ki, karyera hədəflərinə fokuslanan, planlı və motivasiyalı qadınlar cəmiyyətin uğurlu fiqurları kimi tanınsalar da, bu yolda müəyyən psixoloji sarsıntılarla qarşılaşa bilirlər. Onun sözlərinə görə, bu cür qadınlar zamanla şəxsi həyatla karyera arasında balans yaratmaqda çətinlik çəkirlər: “İş həyatında soyuqqanlı və nəzarətli görünmək zərurəti qadını zamanla emosiyalarını gizlətməyə məcbur edir. Bu da onun kənardan sərt və qəddar görünməsinə səbəb olur” – deyə psixoloq qeyd edib.

Fərqanə Mehmanqızına görə, bu qadınlar ailə mövzusuna qarşı da zamanla ehtiyatlı və qorxaq yanaşmağa başlayırlar: “Karyerada idarəetmə qadın üçün nə qədər rahatdırsa, ailədəki emosional xaos onları bir o qədər qorxudur. Onlar idarə olunan yox, idarə edən olmağa öyrəşiblər”, – deyə psixoloq bildirib.

Mütəxəssis həmçinin vurğulayıb ki, bu vəziyyətin kökündə uşaqlıqda verilən bəzi təlqinlər də dayanır: “Uşaqlıqdan ‘öz ayaqlarının üstündə dur’, ‘öz pulunu qazan’ kimi fikirlər qadının gələcəkdə ailə qurmaqda tərəddüd yaşamasına səbəb ola bilər. Maddi müstəqillik artdıqca, qadın kişi enerjisinə yaxınlaşır. Bu isə onun daxilən özünü tənha hiss etməsinə yol aça bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri