Ukrayna ABŞ nin realistik bütün təkliflərinə razıdır Zelenski
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Volodimir Zelenski ölkəsinin ABŞ-nin təklif etdiyi bütün realistik variantlara razılıq verdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, axşam müraciətində açıqlama verib.
“Biz Amerika tərəfindən irəli sürülmüş bütün realistik təklifləri qəbul etdik, o cümlədən atəşkəs təklifini şübhəsiz ki, uzunmüddətli şəkildə”, – dövlət başçısı vurğulayıb.
Bundan əvvəl Zelensky qeyd etmişdi ki, Ukrayna ABŞ-ın təhlükəsizlik zəmanətləri şərtlərini qəbul etmir. “Amerikalı dostlarımız təhlükəsizlik zəmanətləri hazırlayır. Amma onlar dedilər: ‘Əvvəl torpaqların dəyişdirilməsi və ya buna bənzər bir şey, sonra isə təhlükəsizlik zəmanətləri’. Mən hesab edirəm ki, əvvəl təhlükəsizlik zəmanətləri olmalıdır”, – deyə o açıqlayıb.
Ukrayna ilə bağlı növbəti danışıqlar raundu Cenevrədə keçiriləcək və 17-18 fevral tarixlərinə planlaşdırılıb.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Fevral 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















