Ukrayna Böyük Britaniya ilə “Yüzillik saziş”i ratifikasiya etdi
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Ukrayna parlamenti Böyük Britaniya ilə yüzillik tərəfdaşlıq sazişini ratifikasiya edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, 295 deputat qərarın lehinə səs verib.
Eyni zamanda, deputat İrina Geraşenko öz “Telegram” kanalında sazişin çərçivə sazişi xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, “Yüzillik saziş” yanvarın 16-da Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfəri zamanı imzalanıb. Ukrayna hakimiyyətinin bildirdiyinə görə, imzalanmış saziş, digər məsələlərlə yanaşı, Kiyevə ən azı 3,6 milyard dollar məbləğində illik hərbi yardım, Ukraynanın hərbi istehsalına, o cümlədən pilotsuz təyyarələrə və artilleriyaya investisiyalar, xüsusi birgə donanmaların yaradılması və texnologiya mübadiləsini nəzərdə tutur.
Ukrayna Prezidenti Volodimir Zelenski isə sənəddə məxfi bəndlərin olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:Ukrayna və Böyük Britaniya arasında “Yüzillik tərəfdaşlıq” sazişi rəsmən qüvvəyə minib
15 Oktyabr 2025 19:32
Böyük Britaniya: Ukrayna ilə ABŞ arasındakı saziş dəhşətlidir
03 May 2025 22:25
Britaniya ilə Ukrayna arasında imzalanmış yüzillik müqavilənin məxfi hissəsində nədən bəhs edilir?..
17 Yanvar 2025 09:08
Böyük Britaniya Ukrayna ilə bağlı ideyadan imtina etdi
14 Avqust 2025 12:30
Böyük Britaniya və Ukrayna arasında yüz illik əməkdaşlığa dair saziş imzalanıb
16 Yanvar 2025 19:18
Baxış sayı:101
Bu xəbər 17 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















