Ukrayna ərazi güzəştinə getsə belə, Putin “gizli ordu” ilə üzləşəcək
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna sülh razılaşması çərçivəsində ərazi güzəştlərinə məcbur edilsə belə, Rusiya işğal olunmuş torpaqlarda sakitlik əldə etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph yazıb.
Mənbə qeyd edir ki. düşmən arxasında artıq geniş şəbəkəyə malik Ukraynanın gizli müqavimət hərəkatı fəaliyyət göstərir və uzunmüddətli “kölgə müharibəsinə” hazırlaşır.
Nəşrin yazdığına görə, “Ateş” hərəkatının üzvləri işğal olunmuş ərazilərdə, Krımda və hətta Rusiyanın dərinliklərində fəaliyyət göstərirlər. Hərəkatın agentlərindən biri – işğal altındakı Makeyevkadan olan mülki şəxs – Rusiya patrullarını və logistikasını həftələrlə izlədikdən sonra silah daşınan dəmir yolu xətlərini partlatdıqlarını bildirib.
“Məqsəd sadə idi, xətti elə sıradan çıxarmaq ki, hərəkət uzun müddət dayansın. Bu, bizim qoşunlara bir qədər əlavə vaxt qazandırdı”, – deyə agent bildirib.
Onun sözlərinə görə, bu cür əməliyyatları “Ateş” şəbəkəsinin azı 2 min üzvü həyata keçirir. Hərəkat 2022-ci ilin yayında yaranıb və zamanla müşahidədən mürəkkəb diversiyalara – hərbi qatarların, neft anbarlarının, radioelektron mübarizə stansiyalarının və rabitə qüllələrinin hədəfə alınmasına keçib. 2024-cü ildə Rusiya “Ateş”i terror təşkilatı elan edib və onun iştirakçılarını 20 ilə qədər həbs cəzası gözləyir.
Buna baxmayaraq, müstəqil ACLED monitorinq mərkəzinin məlumatına görə, 2025-ci ildə işğal olunmuş ərazilərdə qeydə alınan diversiyaların yarıdan çoxuna məhz “Ateş” cavabdeh olub.
Atəşkəs sülh demək deyil
“Ateş” nümayəndəsi bildirib ki, atəşkəs müharibənin bitməsi deyil, sadəcə yeni mərhələyə keçiddir: “Biz görünməz orduya çevriləcəyik. İşğal əbədi deyil”.
Hərəkatın tərkibinə təkcə mülki şəxslər deyil, Rusiya hərbçiləri də daxildir. Onlardan biri, Rusiya ordusuna mobilizasiya olunmuş və ikili agentə çevrilmiş əsgər fəaliyyəti sayəsində Ukrayna qüvvələrinin bir neçə kilometr irəlilədiyini deyib.
“Ateş” üzvləri Kremlin böyük səhv edərək istənilən razılaşmadan sonra işğal olunmuş Ukrayna ərazilərinin tam nəzarət altına düşəcəyini düşünürlər. Agentlərdən biri qeyd edib:“Müqavimət təkcə cəbhə deyil, insanların ürəyidir. İşğal nə qədər uzun sürsə, qəzəb bir o qədər dərin olacaq”.
Ukraynalı gizli döyüşçülər açıq şəkildə bildirirlər ki, sülhü gözləmirlər və ərazilərin azad olunmasına hazırlaşırlar.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















