Icma.az
close
up
RU
Ukrayna güzəştə getməlidir Tramp Putin müttəfiqliyi Zelenskini vuracaq? ŞƏRH

Ukrayna güzəştə getməlidir Tramp Putin müttəfiqliyi Zelenskini vuracaq? ŞƏRH

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen 27 Aİ ölkəsinin liderlərinə məktub göndərərək, icmanı yenidən silahlandırmaq üçün 800 milyard avroluq planını təqdim edib.

Avropa Komissiyasının bu təklifləri Aİ-nin martın 6-da Belçika paytaxtında keçiriləcək fövqəladə sammitində müzakirə olunacaq. Avropa Ukraynaya dəstək ehtiyacına cavab vermək, həm də öz təhlükəsizliyi üçün daha böyük məsuliyyəti öz üzərinə götürmək zərurətini həll etmək üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.

Görünən odur ki, Ukrayna savaşı qlobal məkanda olduqca ciddi hərbi-siyasi böhrana yol açmağa başlayıb. Xüsusilə də, Tramp-Zelenski qalmaqalından sonra kollektiv Qərb daxilində gərginliyin və ziddiyyətlərin dərinləşdiyi müşahidə olunur.

Bir tərəfdə Avropa ciddi silahlanmağa hazırlaşır, digər tərəfdə ABŞ-Rusiya arasında buzlar əriməyə başlayır. Kreml bu gün açıqlama verərək bildirdi ki, madam ki, münasibətlərimiz normallaşır, sanksiyalar da ləğv edilməlidir. Eyni zamanda Zelenski də ABŞ-a yönəlik açıqlamalarında Trampın rəhbərliyi altında işləmək istədiyini də vurğuladı.

ABŞ-Rusiya yaxınlaşması, Ukraynaya necə təsir edəcək? Gedişat nəyi göstərir? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Samir Hümbətova ünvanladıq. Ekspert açıqlamasında bildirdi ki,Ukraynanın silahlanması məsələsi Avropa İttifaqı üçün artıq prioritetə çevrilib.

Bildiyiniz kimi ABŞ Ukraynaya etdiyi hərbi yardımları dayandırdı. Bunu Tramp da təsdiqlədi. Məsələ burasındadır ki, Avropa İttifaqı hesab edir ki, onun təhlükəsizlik strategiyasının başında Ukraynanın silahlandırılması və Rusiya ilə müharibənin davam etdirilməsi dayanır. Yəni Rusiya-Ukrayna müharibəsi dayanarsa, bu Rusiyanın qələbəsi kimi qəbul edilə bilər. Son nəticədə Rusiya bundan istifadə edib, digər avropa ölkələrinə də cddi təhdid yarada bilər. Yəni hazırkı vəziyyət onu göstərir. Amma bundan əlavə bir məsələ də var ki, artıq atılan addımlar Rusiya ilə ABŞ arasında münasibətlərin düzəlməsinə yönəlib. Bu da o deməkdir ki, yaxın vaxtlarda ABŞ və Rusiya müəyyən mənada hətta diplomatik əlaqələri də yenidən işə sala bilərlər. Hadisələrin gedişi onu göstərir ki, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi üçün artıq bazarlıq olunacaq. Yaxın vaxlarda Putin və Tramp arasında görüş gözlənilir. Hesab edirəm ki, bu görüşdə artıq net olaraq qərarlaşacaq ki, Tramp nə istəyir, Putin nə verə bilər. Yəni Rusiyanın tələbi nə ola bilər və qarşılığında hansı sanksiyalar və necə aradan qaldırılacaq. Bir də əgər bu əlaqələr dərinləşərsə, Ukraynanın ciddi bir narahatlıq keçirməsinə əsas yarana bilər. Çünki ABŞ-ın bu məsələdən çəkilməsi Ukrayna savaşında gedişata təsir edə bilər. Amma hər vəziyyətdə, Ukrayna yəqin ki, özünü toparlamağa çalışacaq. Burada Böyük Britaniya amili də var, Ukraynaya böyük dəstək göstərir. Düşünürəm ki, bu ölkə hələ ki ayaq üstə dura bilir. Amma son nəticənin nə olacağını indidən söyləmək çətindir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri