Icma.az
close
up
RU
Tramp fərqindədir: Putin Ukrayna siyasətində güzəştə getməyəcək ŞƏRH

Tramp fərqindədir: Putin Ukrayna siyasətində güzəştə getməyəcək ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Müharibəni indiki çətin vəziyyətdə bitirmək çətindir


Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada sülh üçün hazırladığı təklifi rədd edib.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) materialında qeyd edilib ki, Putin Trampın Ukraynanın NATO-ya üzvlüyünü müharibənin dayandırılması şərti kimi ən azı 10 il təxirə salmaq təklifini birbaşa rədd edib.

Putinin bu bəyanatı onun 2021-2022-ci illərdə irəli sürdüyü tələblər üzrə kompromisləri nəzərdən keçirməkdən imtina etdiyini təsdiqləyən silsilə şərhlərinin bir hissəsidir.  Bu tələblərə Ukraynanı heç vaxt NATO-ya qoşulmayacaq daimi neytral dövlətə çevrilməyə məcbur etmək, Ukrayna ordusunun sayına sərt məhdudiyyətlər qoymaq və Ukrayna hökumətinin istefaya göndərilməsi daxildir. 


Trampın təklifinin Putin üçün niyə qəbuledilməz olmasına dair sualları “Şərq”ə şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə, əslində, Donald Trampla Vladimir Putinin eyni siyasi düşüncəyə malik lider olduğunu xatırladıb.  

Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Trampın Ukrayna üzrə planını Putin qəbul etməyib. Çünki bu plan Ukraynanın ərazi bütövlüyünü özündə ehtiva edir.  Rusiya atəşkəsi qəbul etmir və müharibənin davam etdirilməsində maraqlıdır:

 “Rusiyanın əsas planı Ukraynada qalib gəlmək və Şərqi Avropadan NATO çıxarmaq, Qara Dəniz periferyasında əsas söz sahibi olmaqdır. Putin Trampla ona görə görüşməkdə maraqlıdır ki, Rusiyanın təsir dairəsini onun diqqətinə çatdırsın və  Ukrayna siyasətindən Vaşinqtonun geri çəkilməsini əsaslandırsın. 

Qeyd edim ki, ABŞ Rusiya kimi dövlət sisteminə malik olsaydı, Tramp Rusiya prezidenti ilə razılaşardı. Necə ki, Tramp dünya siyasi nizamına çıxaraq Kanada və Panamanın suverenliyini, müstəqilliyini təhdid edir. Bu səbəbdən deyirəm ki, Tramp da Putin kimi eyni siyasi düşüncəyə malikdir. Qonşu ölkələrin müstəqilliyini qəbul etmir. Lakin ABŞ-nin müstəqil, güclü idarəetmə sistemi ona avantüraya getmək imkanı vermir. Ona görə də Tramp və Putin görüşünün Ukrayna böhranını danışıqlar yolu ilə həll etmək perspektivi yoxdur. Yalnız bir tərəf güzəştə getməlidir. Tərəflərin birinin güzəştə getməsi isə məğlub olması deməkdir”. 


Siyasi ekspertin fikrincə, hazırkı situasiyada  ABŞ-nin yeni prezidenti də Putinin Ukrayna siyasətində güzəştə getməyəcəyinin fərqindədir. Ona görə Trampın Ukraynaya hərbi yardımları artırması üçün müşavirləri təlimatlar verəcək: 

“Döyüş meydanında Rusiyanı güzəştə məcbur siyasətinə üstünlük verilməsi də mümkün ehtimaldır. Donald Tramp dəfələrlə əsas hədəfinin İran olduğunu etiraf edib. Hazırda isə Yaxın Şərqdə İranın geosiyasi mövqeyi zəifləyib. C.Bayden administrasiyası da məhz Trampın İrana üstünlük verəcəyi və Ukrayna müharibəsini arxa planda saxlayacağından narahat idi. Ona görə də məqsədli şəkildə İranın Yaxın Şərqdəki proksi qüvvələri sıradan çıxarılır və İran küncə sıxılır. Bir növ Tramp üçün ən başlıca siyasət kimi Ukrayna müharibəsi saxlanılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2024 07:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri