Icma.az
close
up
RU
Ukrayna hərbçisi qatarda çirkli ayaqqabısına görə üzr istədi cavab onu ağlatdı

Ukrayna hərbçisi qatarda çirkli ayaqqabısına görə üzr istədi cavab onu ağlatdı

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tibbi könüllü batalyonu “Hospitalyerlər”in ekipaj komandiri Oleq Maqdiç cəbhədən qayıdarkən təmiz “İntersiti” qatarına palçıqlı hərbi çəkmələrlə mindiyi üçün “Ukrzaliznıtsia”dan üzr istəyib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə hərbçi sosial şəbəkə hesabında yazıb.

“Bu, bir neçə saat əvvəl döyüş bölgəsində torpağa basılan ayaqlardır. İndi isə təmiz və səliqəli “İntersiti” vaqonundadır. Və bu ayaqlar sahibinə o qədər utanma hissi verir ki… Bağışlayın, Ukrzaliznıtsia. Növbəti dəfə ayaqqabılarımı daha yaxşı təmizləyəcəyəm”, – deyə hərbçi yazıb.

Onun paylaşımına “Ukrzaliznıtsia”nın cavabı isə sosial şəbəkələrdə geniş rezonans doğurub. Şirkət təmsilçiləri yazıblar:

“Siz üzr istəyirsiniz? Biz isə baş əyirik. Çünki bu çəkmələr – bir rəmzdir. Bizə sülh gətirən müharibənin izi. Sizin qoruduğunuz torpağın çirkidir bu. Bizə təmiz ayaqqabı altı lazım deyil. Bizə canlı Qəhrəmanlar lazımdır. Əgər siz “İntersiti”dəsinizsə, demək ki, biz öz işimizi görmüşük – sizi sülhə çatdırmışıq. Qoy bir neçə saatlıq olsun, bir günlük olsun – amma sülhə.

Siz təşəkkür etməli deyilsiniz. Təşəkkür edən bizik. Hər gün. Hər səfərdə”.

Bu cavab Oleq Maqdiçi kövrəldib. O bildirib ki, cavabı oxuyarkən göz yaşlarını saxlaya bilməyib:

“Oturmuşam, şərhinizi oxuyuram. 3 dəqiqəyə güclə oxudum. Çünki hər cümlədən sonra pəncərəyə baxıb göz yaşlarımı gizlədirdim. Və bu anda kafedən bir oğlan yaxınlaşdı. Müxtəlif şirniyyatlar təklif etdi. Pulsuz. Əsgərlərə təşəkkür olaraq. Ay daa… Siz mənim sinir sistemimə nə edirsiniz belə”, – deyə hərbçi bildirib.

Qeyd edək ki, daha əvvəl “Ukrzaliznıtsia” hərbçilər və onların ailələri üçün qatarlarda xüsusi bilet ehtiyatı ayırdığını açıqlamışdı.

Qaynarinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Aprel 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri