Icma.az
close
up
RU
Ukrayna ixtilafı: ABŞ la Avropa niyə birləşə bilmir?!

Ukrayna ixtilafı: ABŞ la Avropa niyə birləşə bilmir?!

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Mən hələ də tam olaraq anlmıram: ABŞ və Avropa Ukrayna məsələsində niyə eyni mövqedən çıxış etmir?!ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putindən hələ neçə dəfə məyus olmalıdır ki, Qərb Ukrayna məsələsində birləşsin. Rusiya ABŞ-ı Avropa İttifaqı və Böyük Britaniya ilə birlikdə "kollektiv Qərb" adlandırsa da, ortada real bir kollektiv hələ ki görünmür. 26 Qərb dövlətinin Ukrayna üçün keçirdiyi axırıncı toplantıda ABŞ prezidentin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff ilə təmsil olunurdu.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, Qərb Rusiyanı parçalamaq istəyir.

Əlbəttə, Lavrovun dediyi istisna deyil, hətta gerçəkdir ki, Qərb Rusiyanı parçalamaq istəyir. Hələ Zbiqnev Bjeniskidən üzübəru bu plan üzərində kimlər, kimlər çalışıblar. Rusiyanın parçalanması yeni ideya deyil. Ancaq bu, indiki mərhələnin prioriteti deyil.

İndiki mərhələdə Qərb Rusyadan da əvvəl Ukraynanı bölüşdürməyin yolunu axtarır. Bunu daha əvvəl geniş yazmışıq. Bəli, ABŞ Ukraynada daha böyük paya sahib olmaq üçün bir tərəfdən Rusiya ilə, bir tərəfdən də Avropa İttifaqı və Böyük Britaniya ilə siyasi-diplomatik mübarizə aparır. Nəticədə hazırda Ukraynadakı real güc öz ordusu ilə çətinliklə də olsa, irəliləyən Rusiyadır, ABŞ və Avropa deyil.

Vladimir Putin deyir ki, Ukraynada yerləşdiriləcək xarici qoşunlar Rusiya Silahlı Qüvvələrinin legitim hədəfi olacaq. Yəni qıraqdan kim gəlsə, Rusiya onu vuracaq. Kreml anlayır ki, Ukrayna ərazisinə xarici dövlətlərin qoşunlarının gəlməsi Ukraynaya təhlükəsizlik təminatları deməkdir. Bu da Rusiyanın Qərblə açıq toqquşmasına gətirib çıxaracaq. Rusiya əleyhinə bugünkü beynəlxalq siyasi ittifaq beynəlxalq hərbi koalisiyaya çevrilə bilər. Ukraynada onsuz da zəifləmiş Rusiya belə bir perspektivə hazır deyil. Ona görə də son vaxtlar Rusiya müharibədə taktikanı dəyişir; hətta Ukraynaya hərbi deyil, humanitar yardım göstərən Azərbaycanın da oradakı varlığı Moskvanı qıcıqlandırıb. Bundan başqa Rusiya artıq xarici ölkələrin və beynəlxalq təşkilatların Kiyevdəki ofislərini, həmçinin Ukraynanın dövlət binalarını hədəf seçib.

ABŞ və Avropa arasındakı ziddiyyətlər Rusiyanı Ukraynada daha aqressiv olmağa həvəsləndirir. Eyni zamanda Çindən və Hindistandan siyasi, Şimali Koreyadan əsgəri dəstək alan Putin Qərbə aşkar meydan oxuma modundadır. Belə bir reallığın yaranmasının səbəbkarı Rusiyanın "kollektiv Qərb" adlandırdığı ABŞ və Avropanın ortaya gerçək bir kollektiv iradə qoya bilməməsidir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri