Ukrayna kəşfiyyatı Rusiyanın yanacaq sektorunu vurdu Dünyanın ən böyük kompleksi...
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az xəbər verir ki, Ukrayna Kəşfiyyat Xidməti Rusiyada neft çənlərinə və qaz emalı zavoduna hücum edib.
Ukrayna Kəşfiyyat Xidmətinin "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin dronları Temryuk limanındakı neft anbarlarına və Orenburqdakı qaz emalı zavoduna zərbələr endiriblər. Bu barədə "Ukrainska Pravda" nəşri kəşfiyyat xidmətindəki mənbəyə istinadla məlumat verib.
Temryukda təxminən 2 min kvadrat metr sahəni əhatə edən iki neft məhsulu anbarı yanıb. Yanğını söndürmək üçün yetmiş nəfər işçi və 18 ədəd texnika cəlb edilib.
Dronlar daha sonra Orenburqdakı dünyanın ən böyük qaz-kimya kompleksinə zərbə endirib. Burada xam qazı hidrogen sulfiddən və CO2-dən təmizləyən 3U-70 qurğusunda yanğın baş verib. Alovlanmalar yanğınları real vaxt rejimində izləyən "FIRMS" xidməti tərəfindən qeydə alınıb.
Mənbə qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya iqtisadiyyatına əlavə təzyiq yaratmaq üçün xüsusi əməliyyatları davam etdirəcək.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Dekabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















