Icma.az
close
up
RU
Ukrayna millisinin sabiq forvardı: Azərbaycana 2:1 və ya 3:2 qalib gələcəyik

Ukrayna millisinin sabiq forvardı: Azərbaycana 2:1 və ya 3:2 qalib gələcəyik

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna milli komandasının sabiq hücumçusu Andrey Vorobey 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun 2-ci turunda Azərbaycana qarşı Bakıda keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb. Sportal.az xəbər verir ki, “sport.ua” portalına danışan veteran forvard millimizin zəif olmadığını da sözlərinə əlavə edib.

- Andrey, bu gün Ukrayna millisini Azərbaycan yığması ilə vacib oyun gözləyir. Gözləntiləriniz nədir?

Son turdakı məğlubiyyətdən sonra hansı gözləntilər ola bilər? Biz xal götürməliyik. Necə olursa-olsun, yalnız qələbə gözləyirik.

- Milli Viktor Tsıqankovu da itirib. Bu, komanda üçün problem yaratmayacaq?

Mən belə düşünmürəm. Hamı başa düşürdü ki, Viktorun klubda aldığı kiçik zədəyə baxmayaraq, La Liqa turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Jirona"nın özü kimi, oyun baxımından kiçik problemlər var. Qarşıdakı oyunda bu, Ukrayna millisinin hücum potensialına təsir etməyəcək. Sergey Rebrovun Tsıqankovun yerinə oyndacağı kimsə var. Aleksandr Zubkov, Aleksey Qutsulyak, Nazar Voloşini misal çəkə bilərəm.

- Hazırkı Ukrayna yığması Azərbaycanı məğlub edə biləcək gücdədir?

İlk dəqiqələrdən oyuna nəzarəti ələ almaq lazımdır. Amma bu, stadionun öz yarısında topa nəzarət etmək deyil, rəqibin yarısında aqressiv hərəkət etmək deməkdir. İndi hamı futbol oynamağı öyrənib, ona görə də pressinq lazımdır. Komanda yaxşı hazırlaşıb. “Gözlə və gör” taktikasını seçsən, ondan yaxşı heç nə gəlməyəcək.

- Düşünmək olar ki, azərbaycanlılar ev sahibi kimi aqressiv davranacaqlar?

Ola bilsin. Tribunalar rəqib tərəfdə olacaq və meydan sahibləri Bakının hava şəraitinə daha uyğundur. Üstəlik, azərbaycanlılar İslandiyaya biabırçı məğlubiyyətə (0:5) görə özlərini bərpa etmək istəyəcəklər. Bunun öhdəsindən gəlmək və sübut etmək lazımdır ki, Ukrayna rəqibindən güclüdür.

- Etiraf edirsiniz ki, “mavi-sarılar” büdrəyə bilər?

Bir çox son nəticələrə görə, bəli. Ancaq inanıram ki, Bakıda bu, olmayacaq.

- Azərbaycan - Ukrayna matçı ilə bağlı proqnozunuz necədir?

Məşqçilər korpusu heyətə düzgün düzəlişlər etsə və futbolçular ümidləri puç etməsə, o zaman qalib gəlməliyik. Məncə, Azərbaycana 2:1 və ya 3:2 qalib gələcəyik. 

- Sizin proqnozunuzdan belə çıxır ki, ukraynalı azarkeşlər 90 dəqiqəni gərginlik içərisində keçirəcəklər?

Başqa yol yoxdur. Milli komanda bizə azarkeşlərin daim əsəbi olduğunu öyrətdi. Debütdə inamlı oynayıb, sonra futboldan həzz ala bilmirik.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri