Icma.az
close
up
RU
Ukrayna müharibəsi dəhşətli fazaya KEÇİR Nüvə zərbəsinin ANONSU VERİLDİ

Ukrayna müharibəsi dəhşətli fazaya KEÇİR Nüvə zərbəsinin ANONSU VERİLDİ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə nəzərdə tutulan görüş təxirə salınıb. Bu isə tərəflərin görüşə hazır olmadığına işarədir. Maraqlıdır ki, bu fonda Rusiyanın Ukraynaya zərbələri daha intensiv xarakter alıb. Belə ki, Rusiya oktyabrın 22-i gecə saatlarında Ukrayna şəhərlərini 6 ballistik raketlə hədəfə alıb.
Nəticədə Kiyevdə 3 partlayış qeydə alınıb. Kiyev meri Vitali Kliçkonun məlumatına görə, Qolosiyevski və Darnitski rayonlarında partlayışdan sonra yanğın baş verib. Peçersk rayonunda avtomobillər yanıb, binanın yaxınlığına raket qalıqları düşüb. Dneprovski rayonunda da yaşayış binasının həyətinə raket qalıqları düşüb, yanğın və xəsarət qeydə alınmayıb.
Rusiyanın daha sərt addımlar atması isə yenidən taktiki nüvə silahından istifadə ehtimalını gündəmə gətirib.
Proseslər necə cərəyan edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, Ukrayna müharibəsi daha dəhşətli fazaya keçərsə, bu nüvə silahından istifadə olunmasına da rəvac verə bilər:
“Artıq 3 ildən çoxdur ki, müharibə gedir. Güman ki, bu müharibə 1941-1945-ci il müharibəsindən də daha uzun çəkəcək. Faşizmə qarşı çiyin-çiyinə vuruşan, 70 il bir dövlətdə olan iki qardaş xalq indi bir-birilə döyüşür. Rusiya keçmiş sovet xalqları üçün nümunə, örnək ola bilmir. Onlar hər vəchlə çalışırlar ki, Rusiyadan uzaqlaşsınlar”.
Politoloq qeyd edir ki, Ukraynanın vəziyyəti daha ağırdır:
“Ölkənin hakim siyasi sinfi uğursuz oldu. SSRİ dağılanda Ukraynanın ümumi daxili məhsulu Almaniyanın ümumi daxili məhsuluna bərabər idi. İndi isə ondan 4 dəfə azdır. Bu isə o deməkdir ki, ötən 30 il ərzində Ukraynanın hakim sinfi ölkəni, onun hərbi potensialını qarət etməklə məşğul olub. Hansı ki, vaxtilə SSRİ-nin qərb cinahında ən güclü hərbi dairə Kiyev hərbi dairəsi olub. Sonradan həmin hərbi potensial məhv edildi. Yalnız son 10 ildə bir qədər vəziyyəti düzəldə biliblər”.
Nüvə silahının işə düşməsi təhlükəsi var.
Həmsöhbətimizin fikrincə, savaş daha kəskin mərhələyə keçərsə, nüvə silahı da işlədilə bilər:
 

“Trampın Putinlə Budapeştdə görüşmək təklifi də görünür reallaşmayacaq. Döyüşlər onsuz da indidən kəskin xarakter alıb. Rusiya Kiyevi, Odessanı, Lvovu, demək olar bütün şəhərləri bombalayır. Bundan artığı yalnız nüvə silahının işlədilməsi ola bilər. Onun istifadəsi isə təhlükəlidir.


Rusiya ondan istifadə edə bilər. Amma bu fonda Rusiya vəhşi ölkə olaraq dünya siyasi səhnəsindən təcrid olunacaq. Ukrayna rəhbərliyi ağılsız siyasət yürüdür. Lakin təcavüzkar tərəf Rusiyadır”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri