Icma.az
close
up
RU
Ukrayna ordusu üçün böyük problem Rusiyanın yeni silahı vəziyyəti mürəkkəbləşdirir AzPolitika onlayn siyasiictimai qəzet

Ukrayna ordusu üçün böyük problem Rusiyanın yeni silahı vəziyyəti mürəkkəbləşdirir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya qüvvələri son həftələrdə Ukraynanın şərqində irəlilədikcə onlara döyüş meydanında yeni bir vasitə - fiber-optik kabellərdən yararlanan dronları kömək edir.

Standart FPV-dronlardan fərqli olaraq, fiber-optik kabellərdən istifadə dronların radiosiqnallarsız işləməsinə imkan verir. Bu da onları elektron siqnallara müdaxilə probleminə qarşı dayanıqlı edir. Fiber-optik kabellər 15 kilometrədək uzunluqda olan və "balıqçı ipi"nə bənzəyən nazik rulonlar vasitəsilə dronları birbaşa öz operatorlarına bağlayır.

Modifikasiya edilmiş bu dronlar Rusiyanın Ukraynada döyüş taktikasının dəyişdiyini göstərir. Ukraynalı hərbçilər bu fiber-optik dronların döyüş meydanında yeni çətinliklər yaratdığını etiraf edirlər.

“Radio Svoboda”-nın Ukrayna xidməti ilə söhbətində 148-ci artilleriya briqadasının "Varan" ləqəbli zabiti bu dronların təhlükəli olduğuna diqqət çəkərək onları "uçan kərpic"lərə bənzədib.

Ukrayna Milli Qvardiyasının "Bureviy" Briqadası batalyonunun komandiri isə deyib ki, Rusiya qüvvələrinin yararlandığı bu yeni dronlara qarşı elektron müdaxilənin səmərəsizliyi onlara Ukrayna xətlərinə doğru irəliləməyə və ənənəvi FPV-dronlara nisbətən daha dəqiqliklə uçmağa və ya hədəflərə çatmağa imkan verir.

"Bu, onlara mövqelərimizi daha yaxşı görməyə, daha dəqiq zərbə endirməyə və daha uzun məsafələrə uçmağa imkan verir. Bu, vəziyyəti bir az da mürəkkəbləşdirir", - hərbçi belə deyib.

Ukraynanın şərqindəki Soledar yaxınlığında yerləşən dron pilotu və taqım komandiri "Şvayka" ləqəbli hərbçinin sözlərinə görə, uzun fiber-optik kabellər dronları aşkarlamağı çətinləşdirir. O bildirib ki, standart FPV-dronları yönəldən antenalar uzaqdan asanlıqla görünə bilir, ancaq fiber-optik dronlarda bu cür antenaların olmaması onların daha yaxşı gizlənməsinə şərait yaradır.

Ukraynalı hərbçilər əlavə ediblər ki, bu dronlar standart FPV-dronlara nisbətən siqnal itkisini daha az yaşayır və hədəfləri daha asan təqib edə bilir.

Sözügedən PUA-lar ukraynalı hərbçiləri əlavə ehtiyat tədbirləri görməyə və potensial hədəfləri və personalı daha yaxşı kamuflyaj etməyə məcbur qoyur.

Fiber-optik dronların üstünlükləri ilə yanaşı, çatışmazlıqlarının da olduğunu vurğulayan ukraynalı hərbçilər bildiriblər ki, bu uçuş aparatları açıq olmayan ərazi və məkanlarda əlverişli deyil, eyni zamanda, belə PUA-lar kabelin məsafəsinə görə qət edə biləcəkləri məsafə və vura biləcəkləri yerlərlə məhdudlaşır.

Ukraynalı hərbçilər bildiriblər ki, Rusiya qüvvələri yaydan bəri bu dronlardan istifadəyə başlasa da, son zamanlar bu silah növündən yararlanmaq Moskvanın Ukraynanın şərqində daha çox ərazi əldə etməsi üçün döyüş strategiyasının əsas hissəsinə çevrilib.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov da dekabr ayında Ukrayna mediasındakı çıxışında yeni dronları Ukrayna üçün "böyük problem" adlandırıb.

Savaş Araşdırmaları İnstitutu (ISW) isə yanvarın 8-də yaydığı məlumatda bildirib ki, Rusiya indiki əməliyyatlarda belə dronlardan fəal şəkildə yararlanır.

Rusiya fiber-optik dron istehsalını artırdığı bir zamanda Ukrayna da öz versiyası üzərində işləyir və bu ayın əvvəlində Ukrayna Müdafiə Nazirliyi ilkin modelini nümayiş etdirilib.

Ukraynanın Üçüncü Əlahiddə Hücum Briqadasında FPV-dronlar bölməsinin komandiri bildirib ki, bu dronlar hələ sınaq mərhələsindədir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri