Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna hökumətinin fəaliyyət proqramının layihəsi Ali Radaya təqdim edilib.
Newscenter.az xəbər verir ki, sənədə görə, Nazirlər Kabineti 2026-2027-ci illərdə tərəfdaşlardan 101 milyard dollar maliyyə dəstəyi almağı gözləyir.
Proqrama əsasən, hökumətin məqsədlərindən biri dövlət büdcəsini dəstəkləmək üçün beynəlxalq maliyyə dəstəyini, xüsusən də Aİ, BVF, Dünya Bankı və digər tərəfdaşlardan cəlb etməkdir. 2026-cı ildə təxminən 49 milyard dollar, 2027-ci ildə isə 52 milyard dollar məbləğində dəstək cəlb etmək planlaşdırılır.
Qeyd edək ki, Ukrayna artıq bir neçə ildir rekord büdcə kəsiri ilə yaşayır. Kiyev ölkənin öz resurslarını tamamilə tükətdiyini və vəsait tapmaq getdikcə çətinləşdiyini etiraf edir.
Nazirlər Kabineti həmçinin milli müqavimət sistemi vasitəsilə əhalinin hərbi xidmətə hədəflənmiş şəkildə hazırlanmasını təmin etmək istəyir. Bəyan edilən məqsədə əsasən, 2027-ci ilə qədər milli müqavimət təlim mərkəzlərində təlim keçən vətəndaşların sayı ildə 60.000 nəfərə çatmalıdır.
Anar
Bu mövzuda digər xəbərlər:Ukrayna Qərbdən 120 milyard dollar istəyir
03 Dekabr 2024 00:06
Ukrayna Qərbdən 60 milyard dollar ala bilər
22 İyul 2025 12:36
Ukrayna Qərbdən hər ay 1 milyard dollar almaq istəyir Zelenski
30 Sentyabr 2025 11:16
Ukrayna bir ayda Qərbdən 6 milyard dollar aldı
04 Sentyabr 2025 20:43
Ukrayna 2025ci ildə müharibə üçün Qərbdən 120 milyard dollar istəyib
03 Dekabr 2024 00:18
Baxış sayı:225
Bu xəbər 18 Avqust 2026 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















