Ukrayna və ABŞ nadir torpaq metalları ilə bağlı sazişin əsas detallarını razılaşdırıb
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna və Birləşmiş Ştatların mütəxəssisləri nadir torpaq metalları üzrə danışıqların son mərhələsinə qədəm qoyublar. Tərəflər arasında danışıqlar çox konstruktiv olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, danışıqlar zamanı demək olar ki, bütün əsas detallar razılaşdırılıb.
Baş nazirin müavini qeyd edib: “Biz sazişin imzalanmasına hazırlığı davam etdirmək və bunu tez bir zamanda başa çatdırmaq əzmindəyik. Ümidvarıq ki, Birləşmiş Ştatlar və Ukrayna liderləri gələcək onilliklər üçün öhdəliyimizi nümayiş etdirmək məqsədilə Vaşinqtonda bu sənədi ən qısa zamanda imzalayıb təsdiq edəcəklər”.
Xatırladaq ki, bu yaxınlarda ABŞ hakimiyyəti Ukraynaya bu ölkənin nadir torpaq metallarının bir hissəsinin ona verilməsini nəzərdə tutan saziş imzalamağı təklif etmişdi.
Həmin vaxt Vaşinqton Kiyevə 500 milyard dollarlıq fond yaratmağı təklif etmişdi ki, nadir torpaq ehtiyatlarının satışından gələn gəlirlər məhz oraya yönəldiləcək. Təşəbbüsə görə, ABŞ bu fondda iqtisadi və idarəetmə hüquqlarına malik olacaq. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, bu yolla Ukrayna Amerikanın ona verdiyi yardımın əvəzini “ödəyəcək”.
Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ukraynalılara 100 milyard dollar yardım etdiyini qeyd edib. O bildirib ki, qrantları borc kimi tanımaq fikri yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Fevral 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















