Icma.az
close
up
RU
Ukrayna yeni Seth PUA sını işə salıb Forbes

Ukrayna yeni Seth PUA sını işə salıb Forbes

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir. Nəşr yazıb ki, Ukrayna əsgərləri indi bu istiqamətdə yeni "Seth" adlı Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməyə başlayıblar.
Trampın sayəsində Kiyevin tankları "əbədi təmirə" göndərildi "İşğaldan bir ay sonra vəziyyət dəyişdi. Rus qoşunları geri çəkilməyə məcbur olublar. Ukrayna qüvvələri, xüsusən 12-ci "Azov" briqadası və digər hərbi birləşmələr 2-ci Rusiya Birləşmiş Ordu Bölmələrini Toretsk şəhərinin əksər hissəsindən qovub. Bu mədən şaxta şəhərinin müharibədən əvvəl təxminən 30.000 əhalisi var idi", - məqalədə yazılıb.
Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin məlumatına görə, Kiyevin nəzarətində olan qoşunlar şəhərin mərkəzindəki Drujbı küçəsində, eləcə də cənubda yerləşən Stroiteley küçəsində də xeyli irəliləyir.
Toretskdə vəziyyətin dəyişməsi iki əsas amillə izah olunur. Birincisi, Rusiya qoşunlarının hər mənada tükənməsi və Ukrayna pilotsuz təyyarələrinin üstünlüyü saxlamasıdır. Çünki genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya 500 mindən çox əsgər və 15 min texnika itirib. Bu amil Kreml ordusunun döyüş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edib. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib ki, “Rusiya ordusunun tükənməsinə dair bütün əlamətlər var”.
Bununl belə, Ukrayna qüvvələri də xeyli itki verib. İtkilərlə bağlı statistikalarda 300 minə yaxın hərbçi qeyd edilir: "Ağır itkilərə baxmayaraq, Kiyev Ukraynanın cənubu və şərqi ilə Rusiyanın Kursk bölgəsinə qədər uzanan cəbhənin əksər hissələrində pilotsuz təyyarələr sayəsində strateji üstünlüyə malikdir. Bir neçə istisnaları nəzərə almasaq, Ukrayna pilotsuz təyyarələri keyfiyyətinə və radioelektron mübarizəyə qarşı müqavimətinə görə Rusiya texnikalarından üstündür. Xüsusilə, Toretskdə 12-ci Azov Briqadası ən son texnologiya ilə qurulmuş "Seth" dronundan istifadə etməyə başlayıb. O, düşmən texnikalarının xarakterik siluetlərini tanıya bilir, döyüş meydanında hava məkanının patrulu olur. "Seth" təxminən 4,5 kq ağırlığında döyüş başlığını daşıya bilir".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri