Icma.az
close
up
RU
Ukraynada atəşkəs I Dünya müharibəsinin senarisini təkrarlaya bilər Britaniya polkovniki

Ukraynada atəşkəs I Dünya müharibəsinin senarisini təkrarlaya bilər Britaniya polkovniki

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynada atəşkəs Birinci Dünya müharibəsinin senarisinin təkrarlanmasına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri keçmiş Britaniya Ordusu zabiti, polkovnik Tim Kollinz "The Telegraph"da dərc olunan məqaləsində bildirib.  

İki həftədən az bir müddətdə Donald Tramp ABŞ-ın 47-ci prezidenti kimi and içəcək. Dünya narahatlıqla onun ilk addımlarını gözləyir və Ukraynadakı müharibəni bitirməyə dair verdiyi vədlər əsas intriqa mövzularından biri hesab olunur.  

Rusiya və Ukrayna təxminən üçillik münaqişədən xeyli zəifləmiş vəziyyətdədir. Gözləniləndən daha uzun çəkən müharibə rus lider Vladimir Putinin planlaşdırdığı ani qalibiyyət perspektivini puça çıxarıb. Ukrayna isə qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, canlı qüvvə çatışmazlığı ilə üzləşir. Buna baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, hətta müvəqqəti sülh də faydalı ola bilər. Amma bu, nəyin bahasına başa gələcək?  

1905-ci ildə Rusiya Yaponiya ilə müharibəni başa çatdırmaq üçün Portsmut sülh müqaviləsini imzalamışdı. Bu müqavilə Rusiya ordusunu modernləşdirmək zərurəti ilə üzləşdirmişdi. Almaniya, 1916-cı ilə qədər Rusiya ordusunun güclü qüvvəyə çevriləcəyindən ehtiyatlanaraq, 1914-cü ildə müharibəyə başlamışdı.  

Polkovnik Kollinz qeyd edir ki, atəşkəs Putinə hakimiyyətdə qalmaq və nisbi bir "qələbə" qazanmaq üçün imkan yarada bilər. Bu müddət ərzində o, ordusunu yenidən təşkil etmək, modernləşdirmək və məğlubiyyətlərdən dərs çıxarmaq imkanı qazanacaq. Necə ki çar Rusiyası Yaponiya ilə məğlubiyyətdən sonra yeni hücumlara hazırlaşmışdı, Putin də eyni strategiyanı qura bilər.  

1914-cü il Almaniyası kimi Ukrayna da qərar verə bilər ki, Rusiyanın gücünü bərpa etməsinə imkan vermədən əvvəlcədən hücuma keçmək daha məqsədəuyğundur.  

Putin, eyni zamanda, Qərbin zəif cəhətlərindən dərs çıxarıb. Sosial və daxili problemlər, məsələn, Black Lives Matter hərəkatı və ya immiqrasiyaya bağlı gərginliklər onun diqqətini çəkmiş ola bilər. O, bu problemlər fonunda bölünmüş və zəifləmiş Qərbi informasiyaya və kibermüharibəyə daha açıq bir hədəf kimi görə bilər.  

Tim Kollinz bildirir ki, nəzəri olaraq Avropada milyonlarla gənc kişi hərb üçün yararlıdır, lakin onların çoxu özlərini potensial əsgər kimi görmür. Bu da Avropanın müdafiə qabiliyyətini zəiflədir.  

Putin, yəqin ki, SSRİ-nin köhnə sərhədlərini bərpa etməyə, Qərbi Avropada müştəri dövlətlər yaratmağa və dünyada təsirini gücləndirməyə çalışacaq.  

Ukraynadakı müharibənin dərsləri  

Ukraynadakı müharibə döyüş qaydalarını dəyişdirib. Yeni texnologiyalar – pilotsuz uçuş aparatları, hipersəs raketləri, dəqiq silahlar və kibermüharibə kimi yeniliklər həlledici rol oynamağa başlayıb.  

Kim resurs, sənaye və sosial sahədə üstünlük əldə edərsə, texnoloji üstünlük yaratmağa və döyüş meydanında qalib gəlməyə davam edəcək. Amma ən müasir silahlar belə mübarizə iradəsini və zəfər əzmini əvəz edə bilməz.  

Ukraynalılar uzunmüddətli sülhə ümid etmir. Hətta şərti olaraq "Mar-a-Laqo müqaviləsi" adlandırıla biləcək bir atəşkəs olsa belə, onlar növbəti müharibəyə hazırlaşmağa davam edəcəklər. Məsələ, Qərbin bu senariyə necə hazırlaşacağıdır. 


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri