Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb Yuşenkodan Bakıda dünyaya MESAJ
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Ukraynada davam edən münaqişə nəticəsində itkin düşənlər problemi geniş miqyas almış və vətəndaşların müxtəlif kateqoriyalarını əhatə edir.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.
"Söhbət itkin düşənlərdən, cəbhə xəttində həlak olmuş və cəsədləri Ukrayna tərəfinə təhvil verilməmiş insanlardan, aparılmış və deportasiya edilmiş uşaqlardan və bir çox digər kateqoriyalardan gedir", - V. Yuşenko deyib.
O qeyd edib ki, Ukrayna eyni vaxtda itkin düşənlərin axtarışı, hərbi əsirlərin və aparılmış uşaqların qaytarılması məsələlərini həll etmək zərurəti ilə üzləşib.
Döyüş əməliyyatlarının miqyasından danışarkən keçmiş prezident bildirib ki, cəbhə xəttinin uzunluğu təxminən 2,3 min km təşkil edir, ayrı-ayrı sahələrdə isə döyüş əməliyyatları zonasının dərinliyi 60-70 km-ə çatır. (Report.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Oktyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















