Icma.az
close
up
RU
Ukraynada raşizm ilə bağlı imzalanan qanun Rusiya ilə sülh danışıqları prosesinə zərbə vuracaq

Ukraynada raşizm ilə bağlı imzalanan qanun Rusiya ilə sülh danışıqları prosesinə zərbə vuracaq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın daha əvvəl qəbul etdiyi və “Raşizm” terminini rəsmi şəkildə təsbit edən qanunu imzalayıb. “Ukraynanın müstəqilliyi uğrunda müharibə” anlayışı da Rusiya ilə münaqişənin sinonimi kimi təqdim edilir. Sənəddə bildirilir ki, “Rəşizm” başqa şeylərlə yanaşı, Rusiyanın və rusların tərənnümünə əsaslanan “yeni tip totalitar ideologiya”dır. Sənəd milli yaddaşın, Ukrayna dilinin və mədəni irsinin qorunmasını “milli təhlükəsizliyin komponentləri” kimi təsbit edir və “ictimai məkanın Rusiya və Sovet siyasətinin simvollarından təmizlənməsini” nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskinin imzaladığı yeni qanunu “linqvistik böhtan” adlandırıb.

Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, "raşizm" əslində bu günün termini deyil.

Xəyal Bəşirov

“Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyanın ekspansionist xarici siyasəti, Rusiyanın ultranasionalizm, ultra millətçilik, şovinizm və şəxsiyyətə pərəstiş siyasətinin bir termini kimi qəbul edilib. Necə ki, ruslar bu əməliyyatı denasifikasiya, yəni Ukraynada ruslara qarşı nasizm siyasətini həyata keçirdiklərini iddia edirlər və bu adla adlandırırlar. Rusiya da həmin siyasətə qarşı həm də əməliyyat adlandırdığı müharibəni başlayıb.

Rusiyanın ötən əsrin əvvəllərində və ortalarında ikinci dünya müharibəsinə gətirib çıxaran almanların faşizm siyasətini, termin olaraq Rusiya Federasiyasına transformasiya edərək "raşizm" adlandırıblar. Raşizmi faşizm siyasətinin rus modeli kimi təqdim edirlər. Bunda Rusiyanı ittiham edən dövlətlər çoxdur. Qərb ölkələri, xüsusilə də NATO və ya Avropa İttifaqının üzvü olan dövlətlər Rusiyanı ittiham edirlər”-deyə politoloq vurğulayıb.

“Ukraynada bununla bağlı qanun qəbul edilirsə, bu, hazırda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar prosesinə mane olacaq bir addımdır.  Rusiyadan daha geniş hücumların təşkil edilməsi, Ukraynada belə addımların atılması və eyni zamanda bu hücumlara cavab verilməsi artıq ondan xəbər verir ki, ABŞ-ın bu istiqamətdə apardığı siyasət ciddi uğur ortaya qoya bilmir. Donald Tramp altı aydan artıqdır hakimiyyətdə olmasına baxmayaraq, Cozef Baydenin dönəmindən sonra elə bir ciddi dəyişiklik edə bilməyib. Bu da ondan xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi hələ davam edəcək. Tərəflər artıq bir-birilərinə qarşı daha sərt bəyanatlar səsləndirir, daha sərt hücumlar təşkil edirlər. Həm döyüş meydanında, həm bir-birilərinin ərazilərində, həm də siyasi və diplomatik müstəvidə qarşılıqlı ittihamlar səsləndirdilər. Bu da danışıqlar prosesinə ciddi zərbə vuracaq. Çünki dünya ictimaiyyəti danışıqlar prosesində tərəflərin yumşalmasını gözləyir. Amma biz tərəflər arasında reaksiyaların daha da sərtləşdiyinin şahidi oluruq”-deyə Xəyal Bəşirov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Sentyabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri