Icma.az
close
up
RU
Ukraynada siyasi ÇAXNAŞMA: Yermak niyə vuruldu? ŞƏRH

Ukraynada siyasi ÇAXNAŞMA: Yermak niyə vuruldu? ŞƏRH

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada siyasi çaxnaşma yeni mərhələyə keçib. ABŞ-ın sülh planı ətrafında yaranan gərginlik fonunda hakimiyyət daxilində ciddi təlatümlər müşahidə olunur.

Bu proseslərin ən səs-küylü nəticələrindən biri Prezident Zelenskinin əsas komanda üzvlərindən sayılan Andrey Yermakın gözlənilməz istefası oldu. Yermak istefasından dərhal sonra verdiyi bəyanatda “repressiyaya da hazıram, lazım gələrsə, ön cəbhəyə gedəcəyəm. Zelenskini pis vəziyyətdə qoymaq istəmirəm” sözləri ilə ölkədə hökm sürən siyasi təzyiq atmosferinə işarə edib. Onun bu açıqlaması Kiyevdə baş verənlərin sıradan kadr dəyişikliyi deyil, daha geniş miqyaslı siyasi çəkişmələrin nəticəsi olduğunu göstərir.

Maraqlıdır görəsən, Kiyev administrasiyasında əslində nə baş verir? Andrey Yermakın siyasi səhnədən uzaqlaşdırılmasının arxasında hansı səbəblər dayanır? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Ukraynada son dövrlər kifayət qədər ciddi proseslər baş verir. Bunun əsas səbəbi ondan ibarətdir ki, ABŞ Prezidenti artıq Ukraynadakı müharibəni bitirməkdə qərarlı görünür və bu məqsədlə Kiyevə müəyyən təkliflər və ağır şərtlər irəli sürülür.

Təklif olunan 28 bəndlik sülh planı isə olduqca çətin şərtlərdən ibarətdir və Ukrayna hakimiyyəti açıq şəkildə bu sənədi qəbul etmək niyyətində olmadığını göstərib. Məhz buna görə də Ukrayna rəhbərliyinə qarşı ciddi təzyiqlər artır. Bu təzyiqlərin fonunda ortaya atılan korrupsiya qalmaqalı xüsusi diqqət çəkir. İddiaların mərkəzində isə Ukrayna hakimiyyətinin ən aparıcı fiqurlarından biri, Prezident Zelenskinin yaxın silahdaşı Andrey Yermak dayanır.

Yermakın hədəfə götürülməsi də əslində bu siyasi xəttin tərkib hissəsi kimi qiymətləndirilir. Görünür ki, vəziyyəti nəzarət altında saxlamaq üçün Ukrayna hakimiyyəti Yermakın istefasına dolayısı ilə razılıq verməyə məcbur qalıb. Onun istefa zamanı səsləndirdiyi fikirlər də Ukrayna rəhbərliyinə yönəlik ciddi təzyiqlərin mövcud olduğunu göstərir.

Təklif olunan ağır şərtlərlə sülh sənədinə müqavimət göstərən şəxslərin “zərərsizləşdirilməsi” xətti üzrə proseslər aparılır. Bu kontekstdə Yermakın istefası da məhz həmin təzyiqlərin nəticəsində verilmiş siyasi “qurbanlardan” biri kimi dəyərləndirilə bilər.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri