Ukraynadakı müharibə son mərhələyə qədəm qoyur KİV AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukraynadakı müharibə son mərhələyə qədəm qoyur. Döyüşləri sona çatdırmaq üçün razılaşma həmişəkindən daha real görünür.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “New York Times” nəşri yazıb.
Həmçinin bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmasını istəyir: “Lakin bu, yəqin ki, qeyri-mümkün olaraq qalacaq. Çünki alyansın azı 7 ölkəsi Ukraynanın üzvlüyünə qarşıdır. Onlar üzvlüyü qeyri-müəyyən müddətə təxirə salmağı təklif edirlər”.
Qeyd olunub ki, Ukraynanın müdafiəsini təmin etməyə hazır olan koalisiyanın yaradılması mümkündür: “Ancaq ABŞ-nin iştirakı olmadan belə bir razılaşma etibarlı olmayacaq. Ölkənin yeni seçilmiş prezidenti Donald Trampın isə belə bir sazişi imzalaması ehtimalı yoxdur”.
Nəşrin yazdığına görə, Ukraynanın coğrafi baxımdan təhlükəsizliyi amerikalılar üçün deyil, avropalılar üçün vacibdir: “Artıq Avropanın bir neçə ölkəsi müharibədən sonra öz qoşunlarını Ukraynada yerləşdirmək variantını müzakirə edir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Dekabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















