Icma.az
close
up
RU
Ukraynadan qalib çıxarsa: Putin hansı ölkələri hədəfə alacaq?

Ukraynadan qalib çıxarsa: Putin hansı ölkələri hədəfə alacaq?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və Rusiya prezidentlərinin Ər-Riyadda gözlənilən görüşündən sonra çox güman ki, Donald Tramp administrasiyası Ukraynaya müharibə aparmaq üçün hərbi və siyasi dəstəyini dayandıracaq. 

Bu razılaşmanın hansı şərtlər əsasında qəbul ediləcəyi məlum olmasa da, iki variantın müzakirə olunacağı aydındır. Birinci variant atəşkəsə nail olunmaqla müharibənin dondurulmuş mərhələyə keçməsi ola bilər. Digər ehtimal Ukraynanın işğal edilmiş ərazilərinin Rusiyanın nəzarətində qalması ilə Moskvanın müharibəni dayandırmasından ibarətdir. Hər iki halda tərəflərin əlavə kompromis öhdəliklərin də daxil olduğu sənədi imzalayacağı proqnozlaşdırılır. 

Belə ki, ABŞ Ukraynanın NATO-ya daxil olmayacağına zəmanət verməli, Ukrayna neytral dövlət elan edilməlidir. Həmçinin, Rusiya ABŞ-nin 2015-ci ildən sonra qəbul etdiyi bir sıra sanksiyaların, ilk növbədə isə xarici banklardakı aktivlərinə qoyulan həbslərin ləğvini tələb edir. 

Öz növbəsində, ABŞ Rusiyadan Ukraynanın təhlükəsizliyinə təminat verməsini, yəni bu ölkəyə hücum etməmək barədə öhdəlik götürməsini istəyir. Bütün hallarda, siyasi müşahidəçilər Tramp-Putin görüşünün daha çox Rusiyanın xeyrinə başa çatacağını düşünür. Yəni ABŞ-nin Ukrayna cəbhəsində güzəştə getməsi Rusiyanın qələbəsi ilə yekunlaşa bilər. Nəticədə, postsovet məkanında və Şərqi Avropada geosiyasi güc balansı Rusiyanın xeyrinə dəyişər.

Bundan istifadə edən Kremlin Rusiyanın təsir dairəsini və ərazilərini genişləndirmək üçün başqa ölkələrə də hücum edəcəyi istisna olunmur. 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Rusiyanın qalib gəlməsi barədə danışmaq hələ tezdir. Çünki müharibə davam edir və Ukrayna məğlub olmayıb. 

Lakin Prezident Putin Donald Trampla danışıqlarda istədiyini əldə edərsə və Avropa İttifaqı Ukraynaya ordu göndərməsə, bu, Rusiyanın “əlini” gücləndirə bilər: 

“Rusiya Ukraynada qalib gələrsə, əsas planı Şərqi Avropanı öz nüfuz dairəsinə almaq, Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqeyini gücləndirmək olacaq. Rusiya Moldovaya müdaxilə edə bilər. NATO de-fakto mövcudluğunu itirib. Ona görə də Rusiya Baltikyanı ölkələrə hücum edəcəyi gözlənilir. 

Əgər Rusiya Baltikyanı dövlətlərə hücum edərsə, NATO üzvü olan ölkələrin heç biri Şimali Atlantika Alyansının nizamnaməsinin 5-ci maddəsini əsas götürərək müharibəyə qoşulmayacaq. NATO demək olar ki, parçalanıb. ABŞ və Avropa İttifaqı arasında Ukrayna münaqişəsinə görə çox ciddi fikir ayrılıqları mövcuddur. Eyni zamanda, hesab edirəm ki, Rusiya Ukrayna müharibəsində qalib gələrsə, Moldovaya və Cənubi Qafqaza müdaxilə edə bilər”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri