Ukraynadan Rusiyaya “Milad təbriki”: Neft anbarları və qaz emalı zavodu vuruldu VİDEO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) uzaqmənzilli pilotsuz uçuş aparatları Rusiyanın neft-qaz sektoruna məxsus iki mühüm obyekti hədəfə alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UNİAN UTX-dəki mənbələrə istinadən yayıb.
Hücumlar Krasnodar vilayətindəki Temryuk dəniz limanında və Orenburq qaz emalı zavodunda həyata keçirilib.
Temryuk limanında iki neft məhsulu anbarı yanıb, yanğının sahəsi təxminən 2 min kvadratmetr olub. Hadisə yerinə onlarla yanğınsöndürən və texnika cəlb edilib.
Daha sonra Orenburq qaz emalı zavodu vurulub. Bildirilir ki, pilotsuz aparatların zərbəsi nəticəsində qaz boru xəttində yanğın baş verib və müəssisədə texnoloji proses tam dayandırılıb.
Yanğınlar dünya üzrə real vaxt rejimində yanğınları izləyən FIRMS xidməti tərəfindən də qeydə alınıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 25 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















