Icma.az
close
up
RU
Статья не опубликована
Ukraynadan sonra Qərb və Rusiya Gürcüstan uğrunda mübarizəyə başlayacaq Politoloq

Ukraynadan sonra Qərb və Rusiya Gürcüstan uğrunda mübarizəyə başlayacaq Politoloq

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Son üç-dörd il Qərb və Rusiya arasında geosiyasi qarşıdurma ilə müşahidə olundu və bu rəqabət Ukraynada müharibə formasına keçdi. Ukrayna müharibəsi başlayandan sonra Qərblə Rusiya arasında, həmçinin Güney Qafqazda da ciddi rəqabət başlandı. Qərb Ermənistan üzərindən bölgədə möhkəmlənərək açıq şəkildə Rusiyanı sıxışdırmağa çalışdı. Rusiya isə buna müqavimət göstərməyə cəhd etdi. Doğrudur, Ukrayna müharibəsinin gedişində Rusiyanın Güney Qafqazdakı təsir imkanları xeyli zəifləsə də, paralel olaraq Qərbin Gürcüstandakı nüfuzu da müəyyən dərəcədə zərər gördü. Xüsusilə 2024-cü ildə Gürcüstan hakimiyyəti ilə Qərb arasında münasibətlər xeyli gərginləşdi, küçə etirazları və seçkilər vasitəsilə Gürcüstan hakimiyyətini dəyişməyə çalışılsa da, bu, uğursuz oldu”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, son günlər Ermənistan və Gürcüstanda müxalifətin yenidən aktivləşməsi müşahidə olunur. Hər iki Cənubi Qafqaz ölkəsində xaricdən idarə edildiyi ehtimal olunan qüvvələrin mərkəzi hakimiyyətə qarşı yeni aksiyalar keçirməyə hazırlaşdığı bildirilir. Ekspertlər iddia edir ki, Ukrayna müharibəsi bitərsə, Qərb və Rusiya Gürcüstan uğrunda yenidən mübarizəyə başlayacaqlar. Həmçinin Ermənistanda hazırda güclənən qərbyönümlü hakimiyyətlə Rusiya yönümlü keçmiş hökumət rəsmiləri arasında da müəyyən qarşıdurmanın ola biləcəyi deyilir. Prosesin Azərbaycana da təsir etməsi, iki güc mərkəzinin Bakı uğrunda mübarizəyə başlamağa cəhd göstərmələri ehtimal olunur.

Politoloq qeyd edib ki, hazırda dünyada yeni geosiyasi reallıqlar formalaşır.

“Trampın Rusiya prezidenti ilə telefon danışığı Rusiya-Amerika dialoqunun başlanmasına və bunun nəticəsində Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Şübhəsiz ki, tərəflər öz aralarında müəyyən məsələləri həll etdikdən sonra diqqətlərini dünyanın müxtəlif regionlarına yönəldəcəklər. Bu regionlardan biri də Güney Qafqaz olacaq. Amerika, Rusiya ilə danışıqlarda mümkün qədər Güney Qafqazın öz təsir dairəsində qalmasına çalışacaq. ABŞ-ın buna razı olub-olmayacağı indidən dəqiq demək çətindir. Rusiya, ilk növbədə, Gürcüstanda mövqelərini gücləndirmək istədiyindən onun növbəti hədəfi Ermənistan olacaq. Moskva Ermənistan hakimiyyətinə təzyiq göstərərək öz tərəfdarlarını gücləndirməyə, imkan yaranarsa, hakimiyyəti dəyişərək onlara yaxın qüvvələri yenidən önə çıxarmağa çalışacaq. Bunun ilkin əlamətləri artıq görünür. Məsələn, keçmiş prezident və Qarabağ münaqişəsində iştirak etmiş Robert Koçaryan bir müddət əvvəl geniş mətbuat konfransı keçirərək hakimiyyət iddiasını ortaya qoydu. Azərbaycana gəldikdə isə, son beş ildə bölgədə yeni reallıqlar formalaşdırıb, öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik fəaliyyəti haqqında anlaşma mövcuddur. ABŞ-la isə Bayden administrasiyası dövründə müəyyən gərginliklər və problemlər yaşanıb, lakin Azərbaycan bu səhifəni bağlayaraq yeni bir səhifə açmağa çalışır. Hər iki tərəf – həm Qərb, həm də Rusiya – bölgədə öz maraqlarını həyata keçirmək üçün müxtəlif yollar axtaracaq ki, bu prosesdə Azərbaycana da müəyyən təzyiqlər istisna edilmir”.

Politoloq daha sonra bildirib:

“Bununla belə, bölgənin taleyini yalnız bu iki güc müəyyən etmir. Türkiyə də regionda mühüm söz sahibidir və Azərbaycanla Türkiyə arasında imzalanmış strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsi kifayət qədər ciddi bir sənəddir. Azərbaycan müstəqil xarici siyasət kursuna malikdir və bu siyasət uğurla həyata keçirilməkdədir. Əgər Ukrayna müharibəsi Rusiyanın istədiyi şəkildə başa çatsa, Moskva keçmiş postsovet məkanında, xüsusilə də Güney Qafqazda təsirini artırmağa və təzyiqlər göstərməyə çalışacaq. Bu təzyiqlərə qarşı durmaq üçün Azərbaycan hazır olmalıdır. Lakin Azərbaycan bir daha öz iradəsini, müqavimət gücünü və müstəqil siyasətini nümayiş etdirərək milli maraqlarını qorumağa davam edəcək. Azərbaycan xarici siyasətinin əsas xətti bütün tərəflərlə balanslı şəkildə işləmək, heç bir tərəfi tam dəstəkləməmək və milli maraqlarını maksimum dərəcədə qorumaqdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 05 Mart 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri