Ukraynalı futbolçu: Azərbaycanlı müdafiəçilər məni nəfəs almağa qoymurdu
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Milli komandanın matçlarında asan rəqib olmur". Sport24.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin futbolçusu Artyom Dovbik deyib.
Hücumçu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qalib gəldikləri (2:1) matçla bağlı fikirlərini bölüşüb.
"Bütün millilər növbəti görüşə hazırlaşırlar. Hamı mübarizə aparır. Bu matçda paltardəyişmə otağında qol buraxdıq. Bu, bizi bir az sarsıtdı. Amma əsas olan odur ki, matçda üç xal qazandıq".
Forvard rəqibin sıx müdafiə olunduğunu sözlərinə əlavə edib:
"Onlar üç mərkəz müdafiəçisi ilə oynadılar. Onlardan ikisi məni nəfəs almağa belə qoymurdu. Təbii ki, bu da asan olmadı. Amma mənə bu qədər diqqət yetirirlərsə, deməli başqa oyunçular üçün yer olacaq. Bu da yaxşıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















