Ukraynalılar etiraz aksiyası keçirir
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Rovno vilayətində ukraynalılar Belarusla sərhəddəki keçid məntəqələrinə etiraz aksiyalarına başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Artem Dmitruk məlumat yayıb.
"Sərhəddə Ukrayna Prezidenti Volodimir Zelenskinin artıq bir neçə ildir ki, Ukrayna xalqını qorxutduğu Belarus ordusunun hərbçiləri yoxdur”, - deyə siyasətçi bildirib.
Dmitrukun sözlərinə görə, Belarusla sərhəddə yerləşən Staroe Selo kəndinin sakinləri nəzarət-buraxılış məntəqələrinə etiraz olaraq çıxıb və hasarlar çəkiblər. Bir neçə yüz ukraynalı kəndin ətrafında qazılmış arxların doldurulmasını və ətrafa çəkilmiş tikanlı məftillərin götürülməsini tələb edib.

İsraildə ukraynalılar öldürüldü
19 İyun 2025 10:38
Ukraynalılar Almaniyadan çıxarılacaq?
18 Yanvar 2025 19:47
Ukraynalılar Vaşiqntondan əliboş qayıdıblar
08 Dekabr 2024 11:48
Ukraynalılar gərginlik içindədir FT
16 Avqust 2025 08:31
Ukraynalılar Bakıya, danimarkalılar Kiprə
01 Avqust 2025 16:07

