Icma.az
close
up
RU
Ukraynanın bölünməsinin başlanğıcı

Ukraynanın bölünməsinin başlanğıcı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna Prezidenti Volodimir Zelenski faydalı qazıntılarla bağlı razılaşma ilə hamını aldatmaq istəsə də, nəticədə ABŞ Prezidenti Donald Trampın tələsinə düşüb". 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Digər Ukrayna" Hərəkatının rəhbəri, ölkədə qadağan olunmuş "Müxalifət Platforması - Həyat Naminə" Partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib. "Zelenski hər zaman olduğu kimi, hamını aldatmaq istədi, lakin gözlənildiyi kimi, özü başqaları üçün qurduğu tələyə düşdü”, - deyə o, "Smotrim.ru" media platformasında yazdığı müəllif köşəsində qeyd edib. 

"Yazıq komik ABŞ-nin sərt biznesmeninin əlinə keçdi və heç anlamadı ki, Tramp ona istədiyi şərtləri diqtə edəcək, o isə bunları qəbul etməyə məcbur olacaq. O, fərqinə varmadan Ukraynanı tükdən təmizləməyi, sonra isə bişirib yeməyi təklif etdi",- deyə Medvedçuk yazıb. 

Medvedçukun sözlərinə görə, Ukraynanın faydalı qazıntılarla bağlı müqaviləsi əslində ölkənin bölüşdürülməsinin başlanğıcıdır. 

"Zelenski artıq 2024-cü ildən etibarən Ukraynanı həm topdansatış, həm də pərakəndə şəkildə satmağa çalışır, çünki onun başqa şansı qalmadığını anlayır", – deyə o vurğulayıb. Qeyd edək ki, Ukrayna hökumətinin razılaşdırdığı faydalı qazıntılarla bağlı saziş 11 maddədən ibarətdir. Bu sənəddə ölkənin bərpası üçün investisiya fondunun yaradılması planlaşdırılır, lakin onun fəaliyyəti ilə bağlı bir sıra detallar qeyd olunmayıb. 

Söhbət xüsusilə fondun idarə edilməsinin praktikada necə həyata keçiriləcəyindən, ABŞ nümayəndələrinin konkret səlahiyyətlərindən və onun mülkiyyət strukturunun necə olacağından gedir. Sənəd, həmçinin faydalı qazıntı yataqları, karbohidrogenlər, neft, qaz və digər hasil edilən materiallar, infrastruktur, limanlar və dövlət müəssisələri ilə bağlı məsələləri əhatə edəcək. 

Bununla yanaşı, sənəddə yalnız bir cümlə ilə ABŞ-nin Ukraynanın təhlükəsizlik təminatları əldə etməsinə kömək edəcəyi qeyd olunur.V.Zelenski bildirib ki, bu, Ukraynanın gözlədiyi nəticə deyil. Sənədin imzalanması 28 fevral tarixinə planlaşdırılır. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri