Ukraynanın hücumları Rusiyanı iflic etdi: Hava hərəkəti dayandırıldı, məktəblər bağlandı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Ukraynanın Rusiyaya aramsı və intensiv hücumları ölkədə böyük xaosa səbəb olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin bir çox yerlərində hava hərəkəti iflic olub, bəzi bölgələrdə məktəblər bağlanıb.
Belə ki, Saratov və Kazan şəhərlərindəki sənaye obyektlərində də oxşar ağır dağıntılar baş verib.
Saratov vilayətinin məktəbləri hücumlara görə onlayn təhsilə keçib.
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, hücumlar Engels, Saratov, Kazan, Bryansk və Tula şəhərlərini hədəf alıb.
Kovalenko bəyan edib ki, neft emalı zavodları, silah istehsalı müəssisələri və enerji infrastrukturuna böyük ziyan dəyib.
Yanvarın 20-də Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından bir neçə gün əvvəl Moskva və Kiyev arasında hücumlar intensivləşib.
Tramp vəzifəyə gəldikdən sonra münaqişəni 24 saat ərzində bitirəcəyini söyləsə də, vəziyyət gündən-günə xaotik hal alır.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 14 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















