Ukraynanın işğalında iştirak edən komandan istefaya göndərilib General real vəziyyəti gizlədirmiş... AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın Ukraynanın işğalında iştirak edən “Cənub” qoşunlar qrupunun komandanı general-polkovnik Gennadi Anaşkin tutduğu vəzifədən azad edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiyanın hərbi jurnalistləri məlumat verir. Onlar iddia edirlər ki, səbəb “əsassız itkilər”, habelə “Anaşkinin cəbhədəki həqiqi vəziyyəti yüksək komandanlığa çatdırmaq istəməməsidir.
“Rıbar” teleqram kanalı “Cənub” qrupunun komandanlığının dəyişdirilməsi qərarını Severski istiqamətindəki problemlərin, o cümlədən əsassız itkilərin nəticəsi adlandırıb. İddia olunur ki, buna səbəb Severski istiqamətindəki vəziyyət, habelə Anaşkinin həqiqi vəziyyəti yüksək komandanlığa çatdırmaq istəməməsi olub, – hərbi müxbir Yuri Kotenok teleqram kanalında yazıb.
Müdafiə Nazirliyi Anaşkinin tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı rəsmi məlumat verməyib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 23 Noyabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















