Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

“Ukraynanın məğlubiyyəti Avropa üçün də fəlakət olacaq“ “Əl Hədat“

“Ukraynanın məğlubiyyəti Avropa üçün də fəlakət olacaq“ “Əl Hədat“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu, təkcə Ukraynanın deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyini üçün böyük risk yaradır..."

Əgər Ukrayna müharibədə məğlub olarsa, Avropa da böyük məğlubiyyətə uğrayacaq. 

Moderator.az xəbər verir ki, bu barədə İraqın "Əl-Hədat" nəşri yazıb.

Nəşr qeyd edir ki, Avropa artıq ABŞ prezidenti Donald Trampın siyasətinin qurbanına çevrilib, çünki o, Vladimir Putini müttəfiq kimi seçib və ABŞ-ın ənənəvi tərəfdaşlarından uzaqlaşmağa başlayıb. Müəllif vurğulayır ki, bu, təkcə Ukraynanın deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyi üçün böyük risk yaradır.

Trampın Rusiya siyasəti və Avropa üçün təhlükə

Məqalədə qeyd olunur ki, Tramp Rusiyanı "götürülməyə hazır meyvə" kimi görür və əsas məqsədi onun Çinin əlinə keçməsinin qarşısını almaqdır. ABŞ prezidenti hesab edir ki, Rusiya zəifləmiş vəziyyətdədir və onun resurslarını ələ keçirmək mümkündür.

Buna görə də Tramp üçün Ukraynadakı müharibənin necə bitəcəyindən daha vacib olan məsələ Qərbin və xüsusilə də Avropanın bu geosiyasi dəyişikliklərə necə reaksiya verəcəyidir.

Məqalə müəllifi vurğulayır ki, Ukraynadakı hərbi uğursuzluqlar Qərbin zəifliyini nümayiş etdirə bilər. Xüsusilə, Rusiya ordusunun cəbhədə irəliləməsi və Ukraynanın müqavimətinin zəifləməsi Avropa üçün təhlükə siqnalıdır.

Əgər Ukrayna kapitulyasiya edərsə, bu, Avropa dövlətlərinin təhlükəsizliyini daha da zəiflədəcək və Kremlin təsirinin genişlənməsinə gətirib çıxaracaq. Müəllif qeyd edir ki, bu, Tramp administrasiyasının Moskvanın Ukrayna üzərində nəzarətini qəbul etdiyini və azad dünyanın dəyərlərindən geri çəkildiyini göstərəcək.

Tramp və Putin: kim kimi aldadır?

Məqalədə Trampın Putinə yaxınlaşmasının ciddi nəticələr doğura biləcəyi vurğulanır. Müəllif qeyd edir ki, Trampın Putinlə münasibətləri Obama dövründə olduğu kimi davam edə bilər.

Xatırladaq ki, 2013-cü ildə Putin Barak Obamanı inandırmışdı ki, ABŞ Suriya rejiminə qarşı hərbi müdaxilədən çəkinməlidir. O zaman Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə baxmayaraq, Obama hərbi əməliyyatlardan imtina etmişdi. İndi isə Putinin eyni taktikadan istifadə edərək Trampı Qərbin Ukraynaya dəstəyini zəiflətməyə inandırdığı ehtimal olunur.

Müəllif sual verir: Kim kimi aldadır- Putin Trampı, yoxsa Tramp Putini? Əgər Tramp Moskva ilə əməkdaşlığı seçərsə, bu, təkcə Ukraynanın deyil, bütün Avropanın təhlükəsizliyini sual altına qoyacaq.

Trampın Şimali Koreya və digər "izqoy dövlətlər"lə münasibətləri

Məqalənin başqa bir mühüm mövzusu Trampın ənənəvi müttəfiqlərdən uzaqlaşması və qeyri-sabit dövlətlərlə əlaqələr qurmasıdır. Müəllif qeyd edir ki, Trampın Şimali Koreya lideri Kim Çen Inı açıq şəkildə tərifləməsi və Pxenyanın Ukraynaya qarşı müharibədə iddia edilən iştirakına göz yumması ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklərin göstəricisidir.

Nəşr yazır ki, Tramp dünyanın ən təhlükəli liderlərindən biri olan Kim Çen Inı tərifləməklə Qərb üçün yeni təhlükələr yaradır. Şimali Koreyanın Ukraynadakı müharibəyə dolayısı ilə cəlb edilməsi və bu ölkədən Rusiya üçün hərbi texnika tədarükü iddiaları fonunda Trampın Pxenyana münasibətində yumşalmalar müşahidə olunur.

Bu yanaşma ABŞ-ın öz müttəfiqlərini tərk etməyə və yeni geosiyasi oyun qaydaları qurmağa hazır olduğuna işarə edir. Əgər bu belə davam edərsə, Tramp administrasiyasının siyasəti ABŞ-ı öz ənənəvi müttəfiqlərindən uzaqlaşdıracaq və Qərbin qlobal təsirini zəiflədəcək.

Avropa üçün gələcək təhlükələr

Müəllif xəbərdarlıq edir ki, əgər Ukrayna müharibəni uduzarsa, bu, təkcə Kiyevin deyil, bütün Avropanın geosiyasi məğlubiyyəti olacaq. Trampın Avropanı iqtisadi və siyasi baxımdan zəiflətmək istəyi onsuz da aydındır.

O, ABŞ-ın Avropa İttifaqı ilə ticarət müharibəsinə başlamağa hazır olduğunu dəfələrlə vurğulayıb. Bu, Avropanı həm təhlükəsizlik, həm də iqtisadi baxımdan ABŞ-dan daha asılı vəziyyətə sala bilər.

Məqalənin sonunda müəllif mühüm sual qoyur: Avropa Trampın yaratdığı bu yeni geosiyasi reallığa tab gətirə biləcəkmi? Əgər Avropa Trampın siyasətinə qarşı möhkəm bir mövqe sərgiləməsə, bu, region üçün fəlakətli nəticələr doğura bilər.

Müəllif qeyd edir ki, əgər Ukrayna müharibədə məğlub olsa və Rusiya bu münaqişədən güclənmiş çıxsa, Avropanın təhlükəsizliyi bərpaolunmaz şəkildə sarsılacaq. Bu, təkcə Avropanın deyil, bütün dünya üçün yeni, daha təhlükəli bir dövrün başlanğıcı ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri