Icma.az
close
up
RU
Ukraynanın NATO üzvlüyü: Qərarı kim verir Qərb, yoxsa Moskva?

Ukraynanın NATO üzvlüyü: Qərarı kim verir Qərb, yoxsa Moskva?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən London qlobal siyasətin mərkəzinə çevrildi. NATO-un 14 ölkəsinin liderləri və nümayəndə heyəti Ukraynaya dəstək üçün bir araya gəldilər. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olacağı və müharibə bitəcəyi təqdirdə istefa verməyə hazır olduğunu açıqlayıb. Ukrayna lideri  bu halda öz missiyasını başa çatmış hesab edəcəyini deyib.

Bu barədə Moderator.az-adanışan politoloq Ramiyə Məmmədova deyib ki, London sammiti Avropanın birliyini və Ukraynaya dəstəyini bir daha nümayiş etdirdi:

“Avropa liderləri Trampa və dünyaya göstərdilər ki, onların mövqeyi dəyişməz qalır və Ukraynanı Avropanın bir hissəsi kimi qəbul edirlər. Sammit eyni zamanda ABŞ-ın, xüsusilə də Trampın diqqətini çəkmək və onu Ukraynaya dəstəyi davam etdirməyə təşviq etmək məqsədi daşıyırdı. Toplantının yekununda Avropa ölkələri Ukraynaya hərbi və maliyyə yardımını davam etdirmək qərarına gəldilər, Britaniya isə Ukraynaya əsgər göndərməyə hazır olduğunu bildirdi. Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş Naziri Kir Staymer sammitdə müharibənin mərhələli atəşkəslə dayandırılması ideyasını irəli sürdülər. İlk növbədə, elektrik və nüvə obyektlərinə, daha sonra isə kritik infrastruktur və logistika mərkəzlərinə hücumların dayandırılması nəzərdə tutulur. Bundan sonra masa arxasında diplomatik danışıqlara başlanılmalıdır. Eyni zamanda, Avropa Birliyi anlayır ki, ABŞ-ın, xüsusilə də Trampın dəstəyi olmadan Ukraynanı qorumaq çətin olacaq. Avropa liderləri Trampa açıq mesaj verdilər ki, onlar Ukraynaya dəstəklərini davam etdirəcəklər və ABŞ da bu prosesdə iştirak etməlidir. Lakin aydındır ki, heç bir Avropa dövləti və ya ABŞ birbaşa müharibəyə qoşulub əsgərlərini döyüş meydanına göndərmək niyyətində deyil. İngiltərə və digər ölkələr müəyyən dərəcədə yardım edə bilsələr də, əsas döyüş Ukrayna əsgərlərinin üzərində qalacaq. Maliyyə və silah yardımı Ukraynanın müqavimətini bir neçə ay daha uzada bilər, lakin bu, qəti həll yolu deyil. Əgər ABŞ tam dəstəyini geri çəksə, Ukrayna ya məğlubiyyətə, ya da ərazi itkisinə məruz qala bilər. Avropa Ukraynanı dəstəkləyir, lakin təkbaşına müharibənin gedişatını dəyişmək gücündə deyil. Trampın bu prosesdə rolu isə həlledici olaraq qalır”.

Politoloq vurğulayıb ki, Avropa Birliyi rəhbərləri Zelenskidən Tramp ilə masa arxasında oturaraq müzakirələr aparmasını və yeraltı qaynaqlarla bağlı razılaşma imzalamasını istəyirlər:

 “Zelenskinin mümkün gedişi əhəmiyyətli rol oynamayacaq. Çünki müharibəni Zelenski başladıbsa, onu da Zelenski bitirməlidir. Eynilə, Qarabağ məsələsində Paşinyanın prosesin başlanğıc və son nöqtəsi kimi qəbul edildiyi kimi, Ukrayna məsələsində də Zelenskinin mövqeyi həlledici faktor sayılır. 

Digər tərəfdən, Ukraynanın NATO-ya üzvlüyü məsələsində qərar verən tərəf nə Zelenski, nə də Avropa Birliyidir. Burada əsas söz sahibi Rusiyadır, çünki Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasına qəti şəkildə qarşı çıxır. Necə ki, ABŞ öz maraqlarını prioritet sayır, Rusiya da öz təhlükəsizliyini əsas götürərək NATO-nun genişlənməsinə mane olmaq istəyir. Bu səbəbdən, Rusiyanın nə Zelenskinin istefasına, nə də Ukraynanın NATO-ya üzv olmasına razılıq verməsi real görünmür. Bundan əlavə, Tramp və Putin arasında iqtisadi maraqlara əsaslanan mümkün sövdələşmələr də diqqət çəkir. Tramp Rusiya bazarına daxil olub, neft və qaz sektorunda biznes quraraq ABŞ-ın iqtisadiyyatını gücləndirmək niyyətindədir. Ona görə də Avropa Birliyinin və Zelenskinin atdığı addımların hələlik konkret nəticə verməməsi, prosesin əsas oyunçular – ABŞ və Rusiyanın razılığı olmadan irəliləyə bilməyəcəyini göstərir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri