Icma.az
close
up
RU
Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... ABŞ dan xəbər...

Ukraynanın Putinin ballistik terrorunu dayandırmaq imkanı var... ABŞ dan xəbər...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da Demokratiyaların Müdafiəsi Fondunun Kibertəhlükəsizlik və Texnologiya İnnovasiyası Mərkəzinin baş direktoru Mark Montqomeri hesab edir ki, Ukraynanın Rusiya ballistik raketlərinə qarşı alternativi var. O, bu variantın qeyri-adi, lakin etibarlı bir alternativ təklif etdiyinə inanır.

Moderator.az keçmiş ABŞ ordusunun kontr-admiralının bu barədə "The Washington Post" qəzetindəki köşəsinin xülasəsinin"Fokus" nəşrinə istinadla təqdim edir:

"Müəllifin sözlərinə görə, nə qədər ki, Ukrayna yalnız hava hücumundan müdafiəyə güvənir, düşmən zərbələrinə həssas olaraq qalır.  Odur ki,  yalnız raketləri dəf etmək deyil, həm də onların buraxılış qurğularını məhv etmək lazımdır.

Montqomeri qeyd edir ki, Patriot sistemi Ukraynanın ballistik raketlərə qarşı yeganə etibarlı müdafiəsi olaraq qalır, lakin həm batareyalar, həm də "PAC-3" tutucuları ciddi şəkildə çatışmır. Bu arada, Rusiya qışdan əvvəl enerji infrastrukturuna qarşı zərbələri bərpa etməyə hazırlaşaraq "İskəndər" və "Tsirkon" raketlərinin istehsalını artırır.

 Alternativ "Freyja" sistemini hazırlamaq, "Patriot"-u lisenziyalaşdırmaq və "Lockheed Martin"-dən "PAC-3"-ün daha ucuz versiyası kimi mövcud alternativlər "müsbət həllərdir". Bununla belə, kontr-admiral açıq şəkildə etiraf edir ki, nəticələri illərlə gözləməli olacağıq.

"Alternativ var: oxu məhv etmək əvəzinə, oxatanı öldürün..."

"Daha səmərəli bir həll yolu var. Bu, fabriklər tikməyi və ya istehsal xətlərini genişləndirməyi nəzərdə tutmur. Bu, Ukraynanın artıq havada sahib olduğu şeylərdən daha səmərəli istifadəni nəzərdə tutur", - deyə hərbi zabit bildirir.

Onun fikrincə, ən yaxşı həll yolu Rusiya silahlarını və istiqamətləndirmə sistemlərini məhv etmək üçün "F-16"-lardan istifadə etməkdir. Söhbət "ERAM" dəqiq idarə olunan hava-hava bombaları ("AGM-188 Rusty Dagger"-"Paslı xəncər" kimi də tanınırlar) daxildir.

"AGM-188 Rusty Dagger"("Paslı xəncər") kimi də tanını "ERAM" raketi

Montqomeri deyir ki, ABŞ artıq bu sistemlərdən 3350-sinin Ukraynaya satışını təsdiqləyib. Onlar aktiv elektron müharibə mühitində işləmək qabiliyyətinə malikdir, lakin raketlər dinamik hədəfləmə yeniləmə qabiliyyəti olmadan istifadə edilə bilər. Müəllifə görə, bu məhdudiyyət bir neçə həftə ərzində "F-16"-nın silah idarəetmə sistemlərinə proqram təminatının yenilənməsi ilə aradan qaldırıla bilər və bu da pilotlara uçuş zamanı belə hədəf koordinatlarını yeniləməyə imkan verir.

“Hər halda, dronlar və "ERAM" ilə təchiz olunmuş F-16-lar vasitəsilə davamlı Ukrayna kəşfiyyatının birləşməsi ballistik raket təhlükəsinin qarşısını almağa kömək edəcək. Hər bir məhv edilmiş buraxılış qurğusu raketlərin Ukrayna şəhərlərinə və infrastrukturuna atılmasının qarşısını alır və qıt, defisit olan çoxmilyon dollarlıq resurslara qənaət edir”, - deyə kontr-admiral Montqomeri bildirib.

O, qeyd edir ki, bu yanaşmanın tətbiqi ABŞ tərəfindən bir neçə ucuz və sürətli addım tələb edir. Cənab Montqomerinin qeyd etdiyi kimi, bunlar “təkcə Rusiyanın ballistik raket təhlükəsini deyil, həm də mülki əhaliyə hücum etmək kimi sadist strategiyasını” birbaşa aradan qaldırır.

“Raketləri buraxılış qurğusundaca dayandırın. Texnologiya mövcuddur, platforma mövcuddur və silahlar artıq satışa təsdiqlənib. ABŞ siyasətində kiçik bir dəyişiklik Ukraynanın yaşamaq uğrunda mübarizəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər”, - deyə hərbçi mütəxəssis yekunlaşdırıb.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Avqust 2026 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri