“Ukraynaya hər an nüvə zərbəsi endirilə bilər” “Siyasi iradə məsələsidir”
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın Ukraynaya istənilən an nüvə zərbəsi endirmək üçün texniki imkanı var, lakin Kiyev hazırda Kremlin belə bir ssenariyə hazırlaşdığına dair heç bir əlamət görmür.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri və Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi Kirill Budanov "The Times" qəzetinə verdiyi müsahibədə deyib.
"Rusiya istənilən vaxt və istənilən məsafədə nüvə zərbəsi endirməyə tamamilə qadirdir. Onun nüvə potensialı belə bir vəzifəni yerinə yetirməyə imkan verir. Lakin bu, hər şeydən əvvəl siyasi iradə məsələsidir", - deyə Budanov bildirib.
Eyni zamanda, Budanov vurğulayıb ki, Ukrayna kəşfiyyatı hələlik Rusiyanın nüvə silahından istifadə etmək üçün heç bir hazırlıq hərəkətini aşkar etməyib.
"Nüvə zərbəsinə hazırlıq əlamətləri görməmişəm. Əgər olsaydı, mən bunu bilərdim", - Budanov əlavə edib.
O, həmçinin sülh prosesinin effektivliyinə və müharibənin danışıqlar yolu ilə başa çatmasının mümkünlüyünə inandığını bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 15 May 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















