Ukraynaya kütləvi raket və PUA hücumu: ölü və yaralılar var
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fevralın 22-dən 23-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 267 pilotsuz uçuş aparatı və üç “İsgəndər-M/KN-23” ballistik raketi ilə hava hücumu edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hava hücumu aviasiya, zenit-raket qüvvələri, elektron döyüş bölmələri və Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri Xarkov, Poltava, Sum, Kiyev, Çerniqov, Çerkassı, Kirovoqrad, Jitomir, Xmelnitski, Rivne, Nikolayev, Odessa və Dnepropetrovsk vilayətlərində fəaliyyət göstərib.
Bundan əlavə, Rusiyanın 119 pilotsuz təyyarəsinin imitatoru itirilib, onlardan üçü Belarusa, biri Rusiyaya doğru uçub.
Hava hücumu nəticəsində Dnepropetrovsk, Odessa, Poltava, Kiyev və Zaporojye vilayətləri zərər çəkib. Həmçinin Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Fevral 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















