Ukraynaya xarici qoşunlar yeridiləcək? Zelenskidən açıqlama AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Ukrayna öz ərazisində xarici qoşunların yerləşdirilməsinə qarşı deyil.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Volodimir Zelenskinin dediyinə görə, Ukrayna Fransa Prezidenti Emmanuel Makronun NATO-ya qoşulmazdan əvvəl Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsi təklifini nəzərdən keçirməyə hazırdır.
Zelenski bunu Kiyevdə Almaniya Xristian Demokrat İttifaqının (GDU) lideri Fridrix Merzlə danışıqların əvvəlində deyib.
Dövlət başçısı bildirib ki, Parisdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşü zamanı onlardan Ukraynanın NATO üzvlüyünü qəbul edənə qədər hansı təhlükəsizlik zəmanətlərinə malik olacağını soruşub: “Və biz danışdıq ki, belə bir pauza olsa, bu müddət ərzində bizə təhlükəsizliyimizə görə kim zəmanət verir?Mən sizə açıq deyim, biz Emmanuel Makronun təklifi üzərində düşünüb işləyə bilərik. Yadınızdadırsa, o, bu və ya digər ölkənin qoşunlarının müəyyən hissəsinin Ukraynanın bəzi ərazilərində olmasını təklif etmişdi ki, bu da Ukrayna NATO-da olmadığı halda bizim təhlükəsizliyimizi təmin edərdi. Ancaq bundan əvvəl biz Ukraynanın nə vaxt Aİ-də, nə vaxt NATO-da olacağını dəqiq başa düşərək gələcəyimizi anlamalıyıq”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















