Icma.az
close
up
RU
Ulu Öndər Azərbaycanın iqtisadi müstəqilliyinin real təminatını yaratdı ŞƏRH

Ulu Öndər Azərbaycanın iqtisadi müstəqilliyinin real təminatını yaratdı ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"12 dekabr Ulu Öndər, tarixin nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin anım günüdür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında milli dövlətçiliyin memarı və xalqımızın taleyüklü dönəmlərinin xilaskarı, milli ideologiyanın banisi, siyasi müdriklik nümunəsi və dövlətçilik məsuliyyətinin ən ali təcəssümü kimi yaşayır: "Azərbaycanın müstəqilliyi xalqımızın iradəsilə elan olunmuş, lakin müstəqillik reallıqda təhlükə ilə üz-üzə qalmışdı. Anarxiya, siyasi, iqtisadi, sosial və hərbi böhran özünün yüksək səviyyəsinə qalxmış, vətəndaş müharibəsi qaçılmaz olmuşdu. Ulu Öndərimiz hakimiyyətin ən ali pilləsinə gəlməsəydi bu gün müstəqil, qüdrətli Azərbaycan dövləti haqqında danışmaq belə mümkün olmazdı. Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində xaotik siyasi mənzərəni milli məqsədlər ətrafında birləşdirməyi bacardı, xalqımızı parçalanmadan, dövlətçiliyi süqutdan xilas etdi və Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirdi.Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş qarşıdurması, separatizm və siyasi, iqtisadi, sosial və hərbi çöküş dayandırıldı, ölkədə sabitliyin əsası qoyuldu və bu sabitlik gələcək inkişafın təməl daşına çevrildi. Ümummilli Lider eyni zamanda azərbaycançılıq ideologiyasının əsasını qoydu, onu dövlətin ideoloji dayağına çevirdi, milli birliyin elmi-siyasi əsaslarını formalaşdırdı. Azərbaycançılıq ideyası bu gün də daxili və xarici siyasətin ana xəttini təşkil edir. Ümumimilli liderimiz neft strategiyasının bünövrəsini qoymaqla, Azərbaycanın iqtisadi müstəqilliyinin real təminatını yaratdı. Məhz həmin strateji xəttin həyata keçirilməsi nəticəsində Azərbaycan regionun enerji, nəqliyyat və siyasi təhlükəsizlik mərkəzinə çevrildi.

Mükəmməl təlim olan Heydər Əliyev irsi üzərində Azərbaycan daha da güclənir və inkişaf edir. Möhtərəm, Cənab Prezident İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi yolu uğurla davam etdirərək, dövlətçiliyin yeni inkişaf dövrünü, Zəfər mərhələlərini gerçəkləşdirdi. Qarabağ və Şərqi-Zəngəzur zəfəri, suverenliyimizin tam bərpası və regionda yeni reallığın formalaşdırılması Heydər Əliyev ideyalarının tarixi təntənəsidir.Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hədəflənən strateji yol xəritəsinin banisidir. O, milli və güclü dövlətimizi qurdu, onun ideya əsaslarını yaratdı və milləti millətlər içərisində söz sahibi etdi. Bütün zamanlarda onun siyasi irsinə və dövlətçilik konsepsiyasına sədaqət və gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycanlının borcudur.
Xalqımız var olduqca Ulu Öndər müdrikliklə, dövlətçiliklə, əbədi müstəqilliklə yanaşı çəkiləcəkdir. Tam məsuliyyətlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin yaşadığı şərəfli ömür millətimizin taleyini dəyişən dahi şəxsiyyətin səlnaməsidir, tarixidir.

Müəllif: Günel Fərzəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri