Icma.az
close
up
RU
Menu

Şəkidə yeni şəlalə aşkarlandı

Bu məktəbdə Son zəng çalınmayacaq

Qusarda II sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia olunur Araşdırma aparılır

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

Türkiyə İstanbul danışıqlarının əsas məqsədini açıqlayıb

Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU da

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Məşhurların evliliklərinə son qoyan filmlər Siyahı

Sərbəst güləşçilərimiz komanda hesabında İranda üçüncü oldular

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bəşəri cinayətlərin təkrarlanmaması üçün ictimai həmrəyliyi möhkəmləndirir Sevil Mikayılova

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bəşəri cinayətlərin təkrarlanmaması üçün ictimai həmrəyliyi möhkəmləndirir Sevil Mikayılova

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından 107 il ötür.

Qonşu xalqların torpaqlarını zəbt edərək "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr aparıblar.

Bunu Trend-ə millət vəkili Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, erməni millətçiləri dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstəriblər. Erməni cəlladları yaşayış məntəqələrini dağıtmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqları yerlə-yeksan ediblər. Uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.

"31 Mart soyqırımı bəşər tarixinin ən dəhşətli cinayətlərindən, Azərbaycan xalqına qarşı törədilmiş və təəssüf ki, beynəlxalq ictimaiyyətdə hələ də öz siyasi-hüquqi qiymətini almamış dəhşətli bəşəri soyqırımıdır. Bu dəhşətli faciəyə məhz Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə hüquqi-siyasi qiymət verən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: "Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik", - deputat əlavə edib.

Sevil Mikayılovanın sözlərinə görə, Bakıda soyqırımı planı hələ 1917-ci ildən "Daşnaksütyun" partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı:

"Ümumilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı tarixi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin tarixi fərmanı bu cür bəşəri cinayətlərin təkrarlanmaması üçün ictimai həmrəyliyi möhkəmləndirir. Bu sənədin imzalanması faciə ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Tarixi Fərmandan sonra soyqırımın dünyaya çatırılması məsələsi, eyni zamanda ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni cəlladlarının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir".

Millət vəkili vurğulayıb ki, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılmasına qərar verib.

"18 sentyabr 2013-cü ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə "Soyqırımı Memorial Kompleksi"nin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və Birinci-xanım Mehriban Əliyeva iştirak etmişdilər.

Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı deyib: "1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair Sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlanmışdır. Bu gün biz memorial kompleksin açılışını edirik".

Həmçinin, dövlət başçımızın 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qətliamın və azərbaycanlılara qarşı ermənilərin tarix boyu apardıqları etnik təmizləmə siyasətinin mahiyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Eyni zamanda Heydər Əliyev Fondunun milli həqiqətlərin dünyaya çatdırılması yönümündəki fəaliyyəti ermənilərin apardığı məkrli təbliğatın qarşısını alır. Bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir", - deputat bildirib.

S. Mikayılova xatırladıb ki, yüz yeddi il əvvəl erməni daşnakları və bolşeviklər azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.

"Buna baxmayaraq, erməni cəlladlarının əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmayıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində mənfur düşməndən haqqı tapdalanan, qətlə yetirilən, işgəncə görən dinc əhalinin döyüş meydanında qısasını alıb. Fəxarət hissi ilə deyə bilərik ki, artıq Soyqırım qurbanlarının və bütün şəhidlərimizin ruhu şaddır.

Bu kütləvi qırğından uzun illər keçsə də, xalqımız, o cümlədən dünya ictimaiyyəti insanlığa sığmayan bu dəhşətli faciənin acı nəticələrini, soyqırımı qurbanlarının xatirəsini daim ehtiramla yad edirlər.

Erməni-bolşevik silahlı dəstələrinin 107 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə dövlətimiz tərəfindən davamlı işlər aparılır. Geniş ictimaiyyətin bu faciə ilə bağlı müfəssəl məlumatlandırılması ədalətli hüquqi-siyasi qiymətləndirmə uçün mühüm əhəmiyyət kəsb edir, eyni zamanda bu cür bəşəri cinayətlərin təkrarlanmaması üçün ictimai həmrəyliyi möhkəmləndirir", - millət vəkili qeyd edib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə yeni şəlalə aşkarlandı

16 May 2025 17:06see276

Bu məktəbdə Son zəng çalınmayacaq

16 May 2025 13:26see203

Qusarda II sinif şagirdinin cinsi zorakılığa məruz qaldığı iddia olunur Araşdırma aparılır

16 May 2025 16:22see148

Bu ərazilərdə istiliyin verilmə müddətləri tənzimlənəcək “Azəristiliktəchizat”ın sədri

16 May 2025 13:12see125

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

17 May 2025 02:56see123

Rusiya və Ukrayna bu məsələdə razılığa gəliblər Rustem Umerov açıqladı

16 May 2025 18:17see122

“Past”ın “sensasiyası”, yoxsa acı reallıq?

17 May 2025 02:56see121

Sabiq FTB rəhbəri Trampı təhdid etdiyi iddia edilən paylaşıma görə dindirilməyə çağırılıb

17 May 2025 04:42see119

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see118

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see118

Türkiyə İstanbul danışıqlarının əsas məqsədini açıqlayıb

16 May 2025 15:22see118

Çinin Qlobal Enerji üzrə Qarşılıqlı Əlaqələrin İnkişafı və Əməkdaşlıq Təşkilatının nümayəndələri BDU da

16 May 2025 19:25see118

Tramp Ərdoğanla danışığa önəm verir Çelik

17 May 2025 01:22see117

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see116

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

16 May 2025 18:51see116

Məşhurların evliliklərinə son qoyan filmlər Siyahı

17 May 2025 11:02see115

Sərbəst güləşçilərimiz komanda hesabında İranda üçüncü oldular

17 May 2025 11:45see114

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

17 May 2025 07:02see114

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see113

Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

16 May 2025 21:06see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri