Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xilas missiyasının ilk mərhələsi idi ŞƏRH

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xilas missiyasının ilk mərhələsi idi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın müasir dövlətçilik və müstəqillik tarixinin şərəfli səhifələridir. Məhz həmin dövrdə Heydər Əliyevin liderliyi ilə Naxçıvanda baş verən siyasi-ictimai proseslər bütövlükdə respublikamızın siyasi arxitekturasına təsirini göstərib, Azərbaycan dövlətinin və xalqının öz hədəflərinə çatmasında mühüm rol oynayıb. Yeri gəlmişkən, görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan Azərbaycana, Naxçıvana qayıtması respublikamızda tamamilə yeni siyasi proseslərin baş qaldırmasına səbəb olmuş, xalqımızın müstəqillik uğrunda mübarizəsi tamamilə yeni keyfiyyət mərhələsinə yüksəlmiş, imperiya əsarətinə qarşı ümummilli mücadilə daha da alovlanmışdı. Naxçıvan ictimaiyyətinin yekdil istəyi ilə həmin ilin payızında keçirilən seçkilərdə respublika və muxtar respublika parlamentlərinə deputat seçilən Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvan Ali Sovetinin qəbul etdiyi qərarlar istiqlal mücadiləsinə təkan verən ilk hüquqi aktlar olaraq milli dirçəliş hərəkatının bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində konkret addımların atılmasına gətirib çıxardı. Xatırladaq ki, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında məhz onun təşəbbüsü ilə mühüm tarixi qərarlar qəbul edildi. "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında" qərarla muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. "Naxçıvan MR-in dövlət rəmzləri haqqında" qərarla isə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan Respublikasının Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü hüququ ilə müvafiq məsələ qaldırıldı. Noyabrın 21-də isə Ulu Öndərin təşəbbüsü ilə daha mühüm bir qərar qəbul edilərək, 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı cinayətə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Bütün bunların davamı kimi bir neçə ay sonra SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda baykot edilməsi isə sovet hakimiyyətinə böyük cəsarətlə meydan oxumaq, imperiya qüvvələrinə qarşı mübarizənin möhtəşəm təcəssümü idi.

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin 1991-ci il avqustun 30-da keçirilən növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamənin qəbul edilməsi də Heydər Əliyevin yeni mərhələyə yüksəltdiyi və uğrunda fədakarlıqla mübarizə apardığı ümummilli siyasi prosesin nəticəsi idi.

Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı siyasi fəaliyyətinin növbəti mərhələsi xalqın təkidli istəyi ilə 1991-ci il sentyabrın 3-də muxtar respublika Ali Məclisinin Sədri seçilməsindən sonrakı dövrü əhatə edir. Bu, həmin vaxtlar idi ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı ilə bağlı planlarını genişləndirirdi. Həmin dövrdə respublikamızın bütün sərhədyanı yaşayış məntəqələrinə ermənilər tərəfindən edilən silahlı hücumlar güclənirdi. Blokadada olması səbəbindən Naxçıvanda vəziyyət daha gərgin idi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyasının iclasları bir neçə gün davam etdi, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olundu. Xüsusilə qeyd edilməlidir ki, sessiya Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Azərbaycan Kommunist Partiyasının fəaliyyətini davam etdirib-etdirməməsi kimi məsələləri müzakirə edib, ortaya mövqe qoymalı idi. Bütün bunları müzakirə edən Naxçıvan Ali Məclisinin sessiyası prezident seçkilərinin Naxçıvan MR ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etdi. Bundan başqa, sessiyada "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edildi və Azərbaycan Ali Sovetindən respublikada Sovet İttifaqı Kommunist Partiyasının, Siyasi Büronun və Mərkəzi Komitənin fəaliyyətinin dayandırılması xahiş olundu. Çünki bu qurumlar dağılmışdılar və faktiki olaraq fəaliyyət imkanlarını keçmişdə qoymuşdular.

1991-ci il sentyabrın 7-də Naxçıvan Dövlət Müdafiə Komitəsinin yaradılması, "Naxçıvan MR-də yerləşən silahlı qüvvələrin hissələrinin statusu haqqında" Ali Məclisin 1991-ci il oktyabrın 26-da qəbul etdiyi qərar və onun icrası nəticəsində keçmiş sovet ordusu hissələrinin muxtar respublikadan çıxarılması, ona məxsus silah-sursatın isə Naxçıvanda saxlanılması Ulu Öndərin muxtar respublikanın erməni hərbi təcavüzündən qorunması uğrunda mühüm addımlarından biri oldu. Beləliklə, Naxçıvan MR Ali Məclisinin Sədri kimi Ulu Öndərin atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Naxçıvanla bağlı Ermənistanın bütün işğalçılıq planlarını alt-üst etdi. Naxçıvan sakinləri Heydər Əliyevin rəhbərliyi altında silaha sarılaraq doğma torpaqlarının müdafiəsinə qalxdılar. Mərkəzi hakimiyyətin laqeyd münasibətinə, hərbi dəstəyin olmamasına baxmayaraq, Heydər Əliyev böyük sərkərdə kimi Naxçıvanı qorudu, xilas etdi, bu qədim və əzəli yurd yerimizin düşmən tərəfindən işğal edilməsinə imkan vermədi. Onu da qeyd edək ki, respublikamızda başladılan ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin rəhbərliyi ilə düzgün təməllər üzərində həyata keçirilmiş, vahid komandanlığa əsaslanmışdı. Elə buna görə də muxtar respublikanın müdafiəsi etibarlı təşkil olunmuşdu. Həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində Naxçıvanın blokadası daha da kəskinləşmiş, muxtar respublikanın iqtisadi çətinlikləri çoxalmışdı. 1991-ci ilin dekabr ayından Naxçıvana təbii qazın verilməsi, 1992-ci il iyulundan isə elektrik enerjisinin ötürülməsi dayanmışdı. Nə Mütəllibov iqtidarı, nə də AXC-Müsavat qaragüruhu muxtar respublikanın mövcud ağır sosial-iqtisadi vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün heç bir əməli tədbir görməyə maraq göstərməmiş, bu istiqamətdə bir addım belə atmamışdılar. Belə bir vəziyyətdə məhz Heydər Əliyevin siyasi liderlik keyfiyyətləri, Türkiyə və İranla yaratdığı əlaqələr blokada vəziyyətində olan muxtar respublikanın iqtisadi çətinliklərinin dəf olunması istiqamətində mühüm addımlar oldu. Ulu Öndərin muxtar respublikaya rəhbərlik etməyə başlamasından sonra tikintisinə başlanılan və 1992-ci ilin mayın 28-də istifadəyə verilən Azərbaycanla Türkiyə arasındakı "Ümid" körpüsü Naxçıvanın blokadasının qismən aradan qaldırılmasında böyük rol oynadı. Bütövlükdə, Heydər Əliyevin uzaqgörənliyi nəticəsində görülən tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı bütün fəlakətlərdən xilas etmiş və ayaqüstə qalmasında böyük rol oynamışdı. Naxçıvan Muxtar Respublikasından keçmiş sovet qoşunlarının çıxarılması da Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin nəticəsidir. Bununla da Naxçıvanda Rusiyanın iki əsr əvvəl başlanmış hərbi iştirakına son qoyuldu. Muxtar respublikanı tərk edən keçmiş sovet qoşunlarının silah və texnikaları isə Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinə təhvil verildi.

Heydər Əliyevin Naxçıvanda gördüyü işlər yalnız yerli ictimaiyyət tərəfindən deyil, bütün xalqımız tərəfindən böyük rəğbətlə qarşılanırdı. Bu mənada müstəqilliyimizin ilk illərində respublikamız siyasi-hərbi və iqtisadi böhranla üzləşəndə xalqımız Heydər Əliyevə üz tutdu. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması Ulu Öndərə olan ümumxalq inamının göstəricisi idi. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Ulu Öndərin xilas missiyasının ilk mərhələsi idi. Bu missiyanın qətiyyətlə davamı sonrakı mərhələdə Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olmasını təmin etdi.

Ən əsasl, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi isə Azərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəldib.

Bəxtiyar Həsənov,

YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli "Magistral avtomobil yollarının istismarı" MMC ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri