Icma.az
close
up
RU
Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsini hazırda tam hiss edirik ŞƏRH AZƏRTAC

Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsini hazırda tam hiss edirik ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan üçün hərtərəfli inkişaf ili kimi əlamətdar hadisələrlə yadda qaldı. Xüsusilə xarici siyasətimizdə nəticəyönümlü uğurlar dövlətimizin gücünə əlavə güc qatdı. Şübhəsiz ki, ən unudulmaz hadisə isə Azərbaycanın möhtəşəm ev sahibliyi ilə yadda qalan COP29 konfransıdır. Həmçinin ötən ilin “Yaşıl dünya naminə həmrəylik ili” olması ilə əlaqədar sözün əsl mənasında ölkədə ilboyu “yaşıl strategiya” həyata keçirildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Qeyd edib ki, BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması və uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazanılan növbəti uğurdur: “Bu, ölkə Prezidentinin apardığı mütərəqqi və uğurlu diplomatik siyasət nəticəsindədir. COP29 çərçivəsində qəbul edilən tarixi nailiyyət Bakı Maliyyə Hədəfi, Paris Sazişi çərçivəsində təsis edilən İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsi, həmçinin karbon bazarlarına dair 6-cı maddə üzrə on illik müzakirələrə son qoydu. Yeni mexanizm vasitəsilə karbon maliyyə axınlarının illik bir trilyon dollara çatması gözlənilir ki, bu da milli iqlim planlarının həyata keçirilməsi üçün əlavə maliyyə mənbələri yaradır. COP29 Azərbaycanın qlobal səhnədə iqlim dəyişikliyi ilə mübarizədə lider ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Bakı bu möhtəşəm tədbirə ev sahibliyi etməklə yalnız iqlim siyasətində liderlik göstərmədi, həm də qlobal ekoloji strategiyaların inkişafına mühüm töhfələr verdi. COP29 Azərbaycanın onminlərlə qonağı ola biləcək qlobal tədbirləri yüksək səviyyədə həyata keçirə biləcək potensialının olduğunu göstərdi. Bu, Azərbaycanın qətiyyətini və diplomatların iqlim danışıqlarındakı qabiliyyətini dünyaya nümayiş etdirdi”.

Millət vəkili qeyd edib ki, ölkə daxili uğurlara nəzər salsaq, “Böyük Qayıdış” Proqramının icrası, işğaldan azad olmuş ərazilərdə bərpa, quruculuq işləri uğurla davam etdirilməsini xüsusi qabarda bilərik: ”Bu günədək 167 min hektardan çox ərazi minadan təmizlənib. Dövlət başçısı bu il işğaldan azad olmuş ərazilərə ilk səfərini fevral ayında Xocalı şəhərinə edib. Burada Prezident Xocalı sakinləri ilə görüşüb və tarixi ədalətin bərpa olunmasından danışıb. Daha sonra may ayında Füzuli rayonunda Köndələnçay su anbarı kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşa edilmiş birinci tuneli, Şuşada şirin su hamamının açılışı olub. Məhz, 20 sentyabr- Dövlət Suverenliyi günündə Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında da Prezident şəxsən iştirak edib, universitetin müəllim və tələbə heyəti ilə görüşüb. Ötən il Cəbrayılda ilk yaşayış kompleksi tamamlanıb və mənzillər təhvil verilib. Həmçinin dövlətin "Yaşıl Enerji" strategiyası çərçivəsində Cəbrayıl və Zəngilanda böyük miqyaslı günəş və külək elektrik stansiyalarının tikintisi başa çatdırıldı. Xüsusən, Laçın və Kəlbəcər rayonlarında şəhərsalma və yenidənqurma işləri dövlətin diqqət mərkəzində oldu”.

Deputat ölkəmizin BMT tərəfindən, səsvermə yolu ilə 2026-cı ildə Dünya Şəhərsalma forumuna və Dünya Ətraf Mühit gününə ev sahibliyi etmək haqqı qazandığını da xatırladıb: “Bakıda 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) minlərlə beynəlxalq iştirakçıya dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətləri ilə tanış olmaq üçün gözəl fürsət olacaq. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru xanım İnger Andersenin Bakıya rəsmi səfəri çərçivəsində UNEP və Azərbaycan Respublikası tərəfindən 2026-cı ildə ölkədə Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyi elan edilib. Bu ətraf mühit ilə bağlı əməkdaşlığı və məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır”.

Millət vəkilinin sözlərinə görə , 2024-cü il XXI əsrdə müstəmləkəçilik və müstəmləkəçiliyin yeni formaları ilə mübarizə aparan Bakı Təşəbbüs Qrupunun (BTQ)uğurlu advokasiya fəaliyyəti ilə də yadda qaldı. Belə ki, BTQ-nin fəaliyyətə başlamasından keçən 1 il 4 ay ərzində əməkdaşlıq etdiyi ərazilərin sayı 18-ə çatıb. 2024-cü ildə Qəmər Adaları da əhatə dairəsinə qoşulub. Ötən il 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu, son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi.

Pərvanə Vəliyeva qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəallığını, həmçinin beynəlxalq fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. İcmanın fəaliyyətinin əsasını təşkil edən Qayıdış Konsepsiyasının uğurlu icrası, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlərin görülməsi, tədbirlərin həyata keçirilməsi, Barselona, Vyana, Cenevrə, Nyu York, Polşa kimi şəhərlərdə, beynəlxalq tədbirlərdə iştirak, o cümlədən BMT, ATƏT kimi beynəlxalq təşkilatlarla mandatına uyğun əməkdaşlıq İcma üçün ilin əsas uğurlarından olmuşdur.

Azərbaycanın şaxələndirilmiş diplomatik fəaliyyəti göstərir ki, ölkə yalnız regional layihələrlə kifayətlənməyərək, beynəlxalq arenada fərqli güc mərkəzləri arasında tarazlıq yaratmağa çalışır. BRİCS ölkələri ilə qurulan dialoq və əməkdaşlıq həm qlobal miqyasda təsirli inteqrasiyanın bir hissəsi kimi çıxış edir, həm də Azərbaycanın xarici siyasətinin müstəqil və balanslı xarakterini əks etdirir. Deputat hesab edir ki, Azərbaycanın Qahirədə keçirilən (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində bu təşkilatın üzvlüyünə qəbul edilməsi çox əlamətdar hadisədir: ”Dünya müsəlmanlarının 60 faizini, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15 faizini birləşdirən 4 trilyon dollar ÜDM -ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq”.

Bu il ölkəmizdə həm Prezident, həm də parlament seçkiləri keçirilib. Millət vəkilinin sözlərinə görə 2024-cü il fevralın 9-da keçirilən Prezident seçkiləri Azərbaycan xalqının onun liderliyinə və ölkənin gələcək inkişafına olan etimadının bariz ifadəsi oldu. İlham Əliyev xalqın böyük dəstəyi ilə yenidən prezident seçilərək Azərbaycanın siyasi sabitliyi və davamlı inkişafı üçün liderlik missiyasını davam etdirməyə hazır olduğunu nümayiş etdirdi. Sentyabrın 1-də ölkə ərazisində keçirilən növbədənkənar parlament seçkiləri isə ilk dəfə müstəqil Azərbaycanın bütün suveren ərazilərində baş tutdu və VII Çağırış Parlament yeni tərkibdə fəaliyyətə başladı.

Pərvanə Vəliyeva qeyri-hökumət təşkilatlarının bu il beynəlxalq sahədə gördükləri işlərin uğurlu olduğunu da deyib: “İlin əvvəlində Prezident İlham Əliyevin sərəncamı ilə 6 vətəndaş cəmiyyəti nümayəndəsinin COP29 Təşkilat Komitəsinin tərkibinə daxil edilməsi ölkə başçısının QHT-lərə yüksək etimadından və onların cəmiyyətdəki roluna verdiyi önəmdən irəli gəlir. Ən inklüziv COP-lardan biri kimi yadda qalan COP29-da iştirakçılıq sayına görə 2-ci yerdə QHT nümayəndələrinin olması COP29-un dünya QHT-ləri üçün əhəmiyyətini göstərdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri