Ülvi Mehdiyev: ASAN xidmət dünyada 800 milyondan çox insana xidmət göstərir
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Azərbaycanın xidmət sektorunda ASAN İnnovativ İnkişaf Mərkəzinin xüsusi rolu var.
Teleqraf xəbər verir ki, bunu ASAN xidmətin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyinə həsr olunmuş hesabat tədbirində deyib.
O bildirib ki, mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 35 mindən çox vətəndaşı əhatə edən, 150-dən çox mövzuda 850-dən artıq təlim, vorkşop və seminar təşkil olunub.
Onun sözlərinə görə, ASAN İnnovativ İnkişaf Mərkəzi həm də ASAN xidmətin ixracıdır:
“Bir sıra ölkələrdə ASAN xidmət təcrübəsini tətbiq edirik. Altı ölkədə ASAN xidmət təcrübəsi əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin xidmət göstərdiyi əhalinin sayı 800 milyondan artıqdır.
Bu, dünya miqyasında kifayət qədər böyük göstəricidir. Yəni Azərbaycanda əsası qoyulan bu xidmət brendi artıq dünyada 800 milyondan çox insana xidmət göstərən böyük bir sistemə çevrilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 21 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















