Icma.az
close
up
RU
Ülvi Quliyevdən acı etiraf: Rəhbər olmaq maddi yükdən başqa bir şey deyil

Ülvi Quliyevdən acı etiraf: Rəhbər olmaq maddi yükdən başqa bir şey deyil

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti, millət vəkili Ülvi Quliyev rəhbərlik etdiyi qurumun illik hesabatından əvvəl jurnalistlər üçün brifinq keçirib.
Bizim.Media prosport.az-a istinadən xəbər verir ki, 58 yaşlı federasiya prezidentinin müsahibəsinin tam mətnini təqdim edir:
– Son vaxtlar karateçilərimizdən – Rafael Ağayev, Fəridə Əliyeva narazılıq edir. Bu narazılıqlara federasiya prezidentinin münasibəti necədir?
– Bu barədə federasiya adından mövqe bildirilmişdi. Ancaq qısa olaraq bir neçə məqama toxunmaq istəyirəm. Media nümayəndələrindən xahişim odur ki, başlıqlarla intriqa yaratmasınlar. Hər kəs bilməlidir ki, idmanın bütün növü dövlət diqqət və qayğısı ilə əhatə olunub. Bu dəstək olmadan idmanın inkişafı mümkünsüzdür. Bunun üçün dövlət idmançıları mənzil, avtomobillə təmin edib, onlara ordenlər verilib. Həmçinin, dünya və Avropa çempionatlarında yer tutan idmançılarımız federasiya tərəfindən çox böyük məbləğdə mükafatla təmin edilib. Rafael Ağayev tək Azərbaycanda yox, dünya idmanı tarixində xüsusi imzası olan karateçimizdir. Biz onu yüksək dəyərləndiririk. Çünki onun nəticəsi, demək olar ki, dünyada nadirdir. Fəxrimizdir. Baxmayaraq ki, hazırda karate ilə məşğul olmur, biz onu keçmişdə olduğu kimi, gələcəkdə də dəyərləndirəcəyik.
Bir məqamı da qeyd edim. AKF və digər federasiyalar ictimai birlikdir. Hər ictimai birliyin büdcəsi dövlətin idman siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyinin maddi dəstəyindən və sponsordan formalaşır. Əvvəllər olsa da, hazırda AKF-in sponsoru yoxdur. Çalışırıq ki, bütün karateçilərə maddi və mənəvi dəstək verək. Karate bir ailədir. Bu dəstək olmayanda ailədən küsmək olmaz. Federasiyanın imkanları limitsiz deyil. Bəlli büdcəmiz var. Ona görə də bu məsələlər anlayışla qəbul olunmalıdır.
– İdarə Heyətində hansısa dəyişikliklər ola bilər?
– AKF-in hazırda rəhbəri mənəm. Sabah başqa biri ola bilər. Burada rəhbər olmaq maddi və mənəvi yükdən başqa bir şey deyil. Kim bu yükü çəkmək istəyirsə, hər zaman bu postu təhvil verməyə hazırıq. Bəzən federasiya prezidenti olmağı rahatçılıq bilirlər. Ancaq federasiya rəhbəri olmaq məsuliyyət və yükdən başqa bir şey deyil. Əvvəllər 18-ə yaxın karate federasiyası mövcud olub. İndi nazirlik tərəfindən tanınan 1 federasiya var, o da AKF-dir. "Bədən tərbiyəsi və idman haqqında" Qanunun 10.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının ərazisində 1 idman növü üzrə yalnız 1 ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər. 10.3-cü maddəyə əsasən, Respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən olunur. Ədliyyə Nazirliyində federasiyalar qeydiyyatdan keçə bilər, ancaq Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən akkreditasiyası təsdiq olunmamış qurum federasiya kimi tanınmır. 36.2-ci maddədə isə "Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növlərinin Azərbaycan Respublikası ərazisində təbliği və yayılması qadağandır" deyilir. Əvvəllər federasiya olmuş 18-ə yaxın ictimai birlik hazırda AKF nəzdində fəaliyyət göstərir. Ona görə də maddi və mənəvi baxımdan çətinliklərin çox olduğunu nəzərə almaq lazımdır. Ola bilər ki, işimiz vaxtı nöqsanlarımız da olub. Kənarda olan karateyə aid digər ictimai birlikləri də dəvət edirik ki, birgə fəaliyyət göstərək. Biz kimliyindən, nəticələrindən, statusundan asılı olmayaraq, onlarla əməkdaşlıq etməyə hazırıq.
– May ayında Ermənistanın paytaxtı İrəvanda idman karatesi (WKF) üzrə Avropa çempionatı keçiriləcək. Hansı ki əvvəl Bakıda keçirilməli idi. İrina Zaretskaya ilə söhbətdən belə başa düşdük ki, hələ maddi duruma görə idmançıların hansı yarışlara gedəcəyi dəqiq deyil. Bu maliyyə problemləri necə həll olunacaq?
– Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır. Bunun üçün dövlət səviyyəsində qərar olmalıdır ki, biz orada təmsil olunaq. Bilirsiniz ki, sonuncü dəfə ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı hörmətsizlik edilmişdi. Ona görə də Ermənistanda iştirak edib-etməmək böyük sual altındadır. Amma ötən ilin sonunda 2025-ci il üçün yarış cədvəli nazirliyə təqdim olunub. Nazirliklə birgə məsləhət nəticəsində çalışacağıq ki, önəmli yarışlarda iştirak edək. Maddiyyatla bağlı şikayətlər hər zaman olub. İrina Zaretskaya da Azərbaycanı təmsil edir, hər zaman ona dəstək olmağa çalışmışıq. Ona dəstək də olacağıq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Yanvar 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri