Icma.az
close
up
RU
Ülviyyə Bəbirova: “Mahnı Teatrı yeniliklər vəd edir, qarşıda bir çox planlar var” MÜSAHİBƏ

Ülviyyə Bəbirova: “Mahnı Teatrı yeniliklər vəd edir, qarşıda bir çox planlar var” MÜSAHİBƏ

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Bu gün orkestrimizin səsi həm gənclərin ifasında, həm də böyük layihələrdə özünü göstərir. Məqsədimiz Mahnı Teatrının adını təkcə Bakıda deyil, beynəlxalq səhnələrdə də eşitdirməkdir”.
Bu fikirləri Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirova Bizim.Media-ya müsahibəsində bildirib.
O, müsahibəsində teatrda reallaşdırılan layihələrdən və gələcək inkişaf perspektivlərindən söz açıb.
Ülviyyə Bəbirova ilə müsahibəni təqdim edirik:
- Ülviyyə xanım, bu gün Dövlət Mahnı Teatrında yeni bir inkişaf mərhələsi müşahidə olunur. Teatrın hazırkı strategiyası və əsas prioritetləri barədə nə deyə bilərsiniz?
- Mahnı Teatrı Azərbaycan səhnə sənətinin ən özünəməxsus məkanlarından biridir. Burada estrada sənəti, canlı ifa ənənəsinin xüsusi nəfəsi birləşir. Bizim əsas məqsədimiz bu irsi müasir dövrün tələbləri ilə uzlaşdırmaq, teatrı daha dinamik, daha yaradıcı və daha geniş auditoriya üçün cəlbedici mərkəzə çevirməkdir. Hazırkı strategiyamız üç vacib istiqamətə əsaslanır.
Birincisi, dahi Rəşid Behbudov irsinin təbliği və bu irsin yeni nəsil üçün daha əlçatan formada təqdim edilməsi. İkincisi, yaradıcılıq keyfiyyətinin artırılması, orkestrimizin, ansamblımızın və repertuar xəttimizin gücləndirilməsi. Üçüncüsü, teatrın həm peşəkar sənətkarlar, həm də yeni ifaçılar üçün yaradıcılıq platformasına çevrilməsi. Bütün bu işlər dövlətimizin mədəniyyət siyasəti və Mədəniyyət Nazirliyinin dəstəyi sayəsində daha sistemli şəkildə həyata keçirilir.
– Bu yaxınlarda Rəşid Behbudovun xatirə otağı açıldı və böyük maraq doğurdu. Bu layihə necə yarandı?
- Bu layihə bizim üçün çox xüsusi idi. Çünki Rəşid Behbudov sadəcə bir vokal ustası deyil — o, Azərbaycan musiqisinin dünyaya açılan qapısıdır. Onun yaradıcılığı milli mədəniyyətimizin çox dəyərli bir qatını təşkil edir. Xatirə otağında sənətkara məxsus şəxsi əşyalar, səhnə kostyumları, afişalar, foto materiallar və nadir arxiv nümunələri sərgilənir. Bu otaq həm sənətkara ehtiramın ifadəsidir, həm də müxtəlif görüşlərin, təqdimatların və tematik mədəni tədbirlərin keçirilə biləcəyi funksional bir məkandır. 
İstəyirəm ki, bu otağı ziyarət edən hər bir gəncin içindən bir fikir keçsin:
“Mən də bir gün bu səhnədə iz qoyacağam.”
– Teatrda hansı əsas dəyişiklikləri həyata keçirdiniz?
Əsas hədəflərimdən biri Estrada-Simfonik Orkestrin yenilənməsi idi. Bunun üçün orkestrin repertuarını genişləndirdik, klassik və müasir əsərlərin yeni işləmələrini hazırladıq, gənc aranjimançı və bəstəkarları prosesə cəlb etdik, orkestri müşayiət funksiyasından çıxarıb müstəqil səhnə gücünə çevirməyə başladıq. Estrada - Simfonik Orkestrin ifasında musiqili video çarxlar artıq geniş tamaşaçı auditoriyasına olunub. Və bunun silsiləli şəkildə davam etdirilməsi nəzərdə tutulub.  
Bu gün orkestrimizin səsi həm gənclərin ifasında, həm də böyük layihələrdə özünü göstərir. Məqsədimiz Mahnı Teatrının adını təkcə Bakıda deyil, beynəlxalq səhnələrdə də eşitdirməkdir. Çox yaxın zamanda gənc bəstəkarların yeni əsərləri də repertuara daxil ediləcək.
– Gənclərlə bağlı görülən işlər də diqqət çəkir. Bu dəstək konkret olaraq nələri əhatə edir?
Gənclər bizim gələcəyimizdir — bu, mənim üçün gündəlik iş prinsipidir. Mahnı Teatrının qapıları istedadlı gənclər üçün tam açıqdır.
Son aylar ərzində gənc vokalçılar həm instrumental ansamblımızla, həm də orkestrimizlə bu tarixi səhnədə çıxış ediblər. Onlarla gənc ilk peşəkar səhnə təcrübəsini Mahnı Teatrında qazanıb. Eyni zamanda orkestr üzrə xüsusi təcrübə proqramı həyata keçirilib. Bir çox gənc artıq teatrımızın komandasına qoşulub. Bu prosesə şahid olmaq mənim üçün sevindiricidir.
Gənclərin peşəkar mühitdə formalaşmasına, təcrübə qazanmasına və bu sahədə öz yerini tapmasına dəstək vermək teatrımızın önəmli istiqamətlərindən biridir.
– Azərbaycan mədəniyyətinin hazırkı inkişaf xəttini necə qiymətləndirirsiniz?
Azərbaycan mədəniyyəti bu gün çox dinamik və yüksələn bir xəttlə inkişaf edir. Bu, təkcə yaradıcı insanların səyi ilə deyil, dövlətimizin mədəniyyətə göstərdiyi böyük diqqət və dəstəyi sayəsində baş verir.
Bu gün mədəniyyət sahəsində əldə edilən uğurlar ilk növbədə cənab Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın qayğısı və illərdir həyata keçirdikləri mədəniyyət layihələrinin nəticəsidir. Xüsusilə azad edilmiş torpaqlarda mədəniyyətin dirçəldilməsi və tarixi irsin bərpası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 
Mədəniyyət Nazirliyinin, o cümlədən cənab nazir Adil Kərimlinin bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyəti yaradıcı mühitin inkişafına, eləcə də bu sahədə çalışan insanlara böyük stimul verir. 
Dövlət Mahnı Teatrı olaraq bu dəstəyi yüksək qiymətləndiririk və öz fəaliyyətimizi dövlət siyasətinə uyğun şəkildə aparırıq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri