Ülviyyə Xəlilbəyova: Saçımı yoldu, pis sözlər dedi
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktrisa Ülviyyə Xəlilbəyova məktəb illərində yaşadığı xoşagəlməz hadisə ilə bağlı diqqətçəkən açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, uşaqlıqdan yanaqlarının təbii olaraq qızarması müəllimlərindən biri tərəfindən yanlış başa düşülüb. Onun sözlərinə görə, riyaziyyat müəllimi bunu kosmetik vasitə hesab edərək hamının gözü qarşısında kobud davranış sərgiləyib.
Ülviyyə Xəlilbəyova həmin anları belə xatırlayıb:
"Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Riyaziyyat müəllimim bunu ənlik hesab etdi, dəhlizdə hamının gözü qarşısında saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu izah etsələr də, nə üzr istədi, nə də peşman olduğunu göstərdi."
Aktrisa qeyd edib ki, hadisənin üzərindən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, həmin günü hələ də unutmayıb.
"Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!" - deyə sənətçi paylaşımında vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 İyul 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















