Umico Market in məhsulları defekt çıxdı: Müştərilər belə ziyana düşür VİDEO
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
"Umico Market"dən iki dəfə mobil telefon sifariş verdim. Çox rahat şəkildə istədiyin ünvana çatdırılma etdilər. Ancaq hər ikisi də zay çıxdı"
Bu sözləri "Sitat.info"ya zərərçəkən müştəri Nicat Salmanov deyib.
Zərərçəkən bildirib ki, artıq "UMİCO" online alış-veriş saytından aldığı telefonların hər ikisində də eyni nasazlıq yaranıb:
"2023-cü ilin dekabrın 27-də "Xiomi Redmi 12" və 31 yanvar 2025-ci ildə isə "Samsung Galaxy A15" sifariş verdim. Hər iki telefonda da texniki problemlər yarandı. Hər ikisini də geriyə qaytardım. Misal üçün YouTube-da videonu işə salanda ekran qaralır. Ani donmalar olur, yəni problemi saymaqla bitməz. Özləri də baxıb, "zavodskoy" problem olduğunu boyunlarına alıblar. Artıq bizdə bir inamsızlıq yarandı".
Zərərçəkən bildirib ki, hər məhsul sifarişdə maddi zərər görür: "Məsələ budur ki, bank faizi geri qaytarılmır. Hər telefonda minimum 100 manat itirirəm. İndi "Samsung Galaxy "A15" telefonunun problemini araşdırırlar. 3 gün ərzində əlaqə saxlamalıdırlar. Yəqin ki, yenə 100 manat itirməli olacam. Şirkət məsuliyyət hiss edib, bu mələği geri qaytarmalıdır. Özlərinə də mesaj yazaraq, bunu bildirdim".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 02 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















