Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Umico Market pas atan stəkan satdı

Umico Market pas atan stəkan satdı

Icma.az bildirir, Azpost portalına istinadən.

Umico Market onlayn ticarət platformasına qarşı sosial şəbəkələrdə artan narazılıqlar sırasında daha bir ciddi şikayət ictimailəşib. AzPost xəbər verir ki, istehlakçılardan biri şəxsi profilində paylaşaraq bildirib ki, iyunun on altısında aldığı termostəkanı keyfiyyətsiz olduğu üçün geri qaytarmaq istəyib. Lakin şirkət nə məhsulun dəyişdirilməsi, nə də şikayətə vaxtında cavab verilməsi baxımından öhdəliklərini yerinə yetirməyib.

Onun sözlərinə görə, məhsulun istifadəsindən cəmi bir neçə gün sonra stəkanın içi pas atıb və bu vəziyyət sağlamlıq üçün təhlükə yaradıb. Qeyd edir ki, termostəkan düzgün istifadə edilsə də, materialın paslanması onun keyfiyyətsiz olduğunu sübut edir. “Bu məhsulu su içmək üçün almışdım, indi isə onu istifadə etməyə qorxuram. Sağlamlıqla oynamaq bu qədər asan olmamalıdır,” – deyə şikayətçi bildirib.

İstehlakçı iyunun on altısında geri qaytarma üçün Umico-ya müraciət etsə də, iki gün ərzində cavab ala bilməyib. Daha sonra WhatsApp üzərindən əlaqə saxlayaraq operatorla danışıb və ona bildirilib ki, baxılma müddəti üç günə qədər uzadıla bilər. Lakin artıq beş gün keçməsinə baxmayaraq, şikayətə baxılmayıb.

Hüquqi mexanizm: istehlakçının hansı hüquqları var?

Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən:

İstehlakçı aldığı məhsulun keyfiyyətinə əmin olmalıdır (Maddə 7).

Keyfiyyətsiz məhsul təqdim edilərsə, istehlakçının onu dəyişmək, geri qaytarmaq və ya ödənişin tam şəkildə geri alınmasını tələb etmək hüququ var (Maddə 15).

Satıcı, istehlakçı müraciətinə operativ şəkildə cavab verməlidir. Qanunvericiliyə əsasən, yazılı şikayətlərə 10 gün ərzində cavab verilməlidir (Maddə 19).

Bundan əlavə, məhsulun sağlamlığa zərər vurduğu sübuta yetirilərsə, istehlakçı istehsalçı və ya satıcını məhkəməyə verərək maddi və mənəvi ziyana görə təzminat tələb edə bilər.

Cərimə və məsuliyyət

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə görə, keyfiyyətsiz mal və xidmətlərə görə istehlakçının hüquqlarının pozulması hallarında:

Hüquqi şəxslər iki min beş yüz manata qədər cərimə oluna bilər.

Təkrar hallar və ya sağlamlığa təsir kimi ağır nəticələr doğuran pozuntular zamanı məsuliyyət daha da ağırlaşır.

Əgər məhsulun zərəri ekspertiza ilə təsdiqlənərsə və ya oxşar hallar təkrarlanarsa, bu, həm də ƏDV-nin qanunsuz yığımına, alıcıya yalan məlumat verilməsinə və saxta məhsul satışı ilə bağlı cinayət tərkibli məsələyə çevrilə bilər.

Nə etməli?

İstehlakçılar bu kimi hallarla qarşılaşdıqda aşağıdakı addımları ata bilərlər:

Məhsulun fotolarını və qəbzini saxlayın – sübut kimi vacibdir.

Satıcıya yazılı şəkildə (e-mail və ya sayt üzərindən) müraciət edin.

Azərbaycan İstehlakçılar Birliyinə və ya İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlayın.

Məhkəmə qaydasında maddi və mənəvi ziyana görə təzminat tələb edin.

AzPost məsələ ilə bağlı Umico Market-in mövqeyini öyrənməyə çalışır. Şirkətin cavabı daxil olduqda əlavə informasiya təqdim ediləcək.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 İyun 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri