“Ümid edirəm ki, Konqres bu axmaq şəxslə bağlı tədbir görəcək” Tramp onu təhqir etdi
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemi (FED) rəhbəri Cerom Povellə bağlı sərt açıqlamalar verib.
Tramp FED-in faiz dərəcələrini endirməməsi səbəbilə Poveli təhqir edib. O, FED sədrini "axmaq" adlandırıb.
“ABŞ-də inflyasiya yoxdur və iqtisadiyyat yaxşı vəziyyətdədir. Avropa faizləri 10 dəfə endirib, amma biz hələ də faiz endirməmişik. Faizlər 2–3 bənd aşağı olsaydı, iqtisadiyyatımıza 800 milyard dollardan artıq xeyir verərdi. Ümid edirəm ki, Konqres bu axmaq şəxslə bağlı tədbir görəcək", - deyə Tramp qeyd edib.
Prezident Tramp ABŞ iqtisadiyyatı üçün faizlərin ən azı 2–3 faiz bəndi aşağı salınmalı olduğunu vurğulayaraq, bu addımın ölkə iqtisadiyyatına 800 milyard dollardan çox qənaət qazandıra biləcəyini bildirib.
Digər tərəfdən, FED sədri Cerom Pauell bu gün ABŞ Konqresində çıxış edərək faiz dərəcələrinin niyə endirilmədiyinə dair sualları cavablandıracaq.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 24 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















